ÜMUMMİLLİ LİDERİN ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 7-də Masallı rayonuna gəlmişdir.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Prezident İlham Əliyev daha sonra parkla tanış oldu. Bildirildi ki, ümumi sahəsi 4 hektar olan parkın salınmasına ötən il başlanmış və artıq işlər tamamlanmışdır. 17,5 min kvadratmetr ərazidə yaşıllıq salınmış, iki böyük fəvvarə tikilmişdir. Burada şəhər sakinlərinin istirahəti üçün yaxşı şərait yaradılmışdır.
######
