ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
Azərbaycan Prezidenti İlham Əliyev sonra Quzanlı qəsəbəsinə gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam Rayon İcra Hakimiyyətinin binası qarşısındakı abidəsini ziyarət etmişdir.
Dövlətimizin başçısı, xanımı Mehriban Əliyeva və qızı Leyla ulu öndərin mərmərdən ucaldılmış abidəsi önünə gül dəstəsi qoydular.
Azərbaycan Prezidenti buraya toplaşan sakinlərlə görüşüb səmimi söhbət etdi, onların vəziyyəti ilə maraqlandı. Sakinlər təşəkkür edərək, Prezident İlham Əliyevlə fəxr etdiklərini və ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi ona güvəndiklərini, daxili və xarici siyasətini bundan sonra da dəstəkləyəcəklərini vurğuladılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.11.2026 [21:53]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 13.11.2026 [18:20]
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO
- 13.11.2026 [00:27]