Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN NİTQİ

- Hörmətli prezidentlər, əziz qardaşlarım hörmətli Əliyev və hörmətli Saakaşvili!

Hörmətli nazirlər!

Dəyərli qonaqlar!

Qars şəhərinin dəyərli insanları, vətəndaşlarım!

Bu gün biz, həqiqətən, çox xoşbəxt bir gün yaşayırıq. Bu xoşbəxt günün Azərbaycan Prezidentinin və Gürcüstan Prezidentinin də şahidi olmaları, habelə, bu əlamətdar gündə burada olmağımız, şübhəsiz ki, bizim sevincimizi daha da artırmaqdadır.

Bu gün böyük bir layihənin Türkiyə hissəsinin təməlqoyma mərasimini keçiririk. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, əslində, hamının bildiyi tarixi İpək yolunun təkrar canlanmasıdır. Vaxtilə bu İpək yolu ilə karvanlar gedib-gəlirdi. İndi isə bunu “Dəmir İpək yolu”nun həyata keçirilməsi ilə təkrar reallığa çeviririk. Bu, həqiqətən, böyük bir layihədir. Çünki sadəcə üç ölkəni - Azərbaycanı, Gürcüstanı və Türkiyəni dəmir yolu ilə bir-birinə bağlamır. Bu, Asiyanın mərkəzini, Çini Avropanın o biri ucu - Londonla bağlayan bir dəmir yoludur. Bu layihə tamamlandıqda, sadəcə, sərnişinlər deyil, çox böyük miqdarda yüklər də Orta Asiyadan Avropanın digər ucuna, yaxud Avropadan da Orta Asiyaya qədər daşına biləcəkdir. Bu baxımdan, layihə təkcə iki müxtəlif coğrafiyanı bir-birinə bağlamayacaq, eyni zamanda, mədəniyyətləri, fərqli anlayışları da bir-birinə qovuşduracaqdır. Bu səbəbdən, layihənin böyüklüyü çox anlaşılandır.

Bir az öncə, əziz dostlarımın, prezidentlərin söylədiyi kimi, əvvəllər bəziləri bu layihəyə bir xəyal kimi baxırdı. Əslində, bu layihə bir zamanlar unudulmuşdu, “həyata keçirilməsi mümkün deyil” bəhanəsi ilə rəflərə atılmışdı. Amma 2004-cü ildə təkrar rəflərdən qaldırıldı və üç ölkə arasında təkrar görüşlər keçirildi, danışıqlar aparıldı. Bu layihənin həyata keçirilməsi ilə bağlı siyasi iradələr güclü bir şəkildə ortaya qoyuldu. Bundan başqa, bu üç ölkəni Qazaxıstan və Çin də dəstəklədi. Qazaxıstan bu dəmir yolunun fəaliyyətə başlaması ilə xüsusilə çox maraqlanır. Hörmətli Prezident Nazarbayevlə bütün görüşlərimiz və danışıqlarımız zamanı o, bu layihəyə xüsusi diqqət yetirir.

Bütün bu səylər nəticəsində indi layihə həyata keçirilməkdədir. Keçən il Gürcüstanda təməlqoyma mərasimi keçirilərək, dəmir yolunun Gürcüstan hissəsinin tikintisi ilə bağlı tədbirlər görüldü. Bu tikintinin maliyə dəstəyi də təmin olundu. Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin layihəyə verdiyi önəmli dəstək onun həyata keçirilməsinə daha əlverişli şərait yaratdı.

Türkiyə hissəsinin tikintisini bu gündən həyata keçiririk. Türkiyə ərazisində tamamilə yeni bir xətt çəkiləcəkdir. Bunun böyük əhəmiyyəti vardır.

Bütün bunlar göstərir ki, əgər siyasi iradə varsa, ölkələrin rəhbərləri böyük siyasi əhəmiyyətli layihələrin həyata keçirilməsində qətiyyətlidirlərsə, bu layihələr həyata keçirilə bilər. Bunun örnəyi Bakı-Tbilisi-Ceyhan neft boru xətti və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri layihələrində də olmuşdur. Bu gün də dəmir yolu layihəsini həyata keçirmək üçün qətiyyətli addımlar atırıq. Layihənin qısa müddət ərzində həyata keçiriləcəyinə əminik. Çünki, hər ölkə öz hissəsində tədbirlərini görmüşdür. Amma bu, üç ölkənin müştərək layihəsi olduğu üçün, işlərin ən asan şəkildə əlaqələndirilməsi və icraya nəzarət olunması lazımdır. Bu gün dəyərli qardaşlarım İlham Əliyev və Mixeil Saakaşvili ilə keçirdiyimiz görüşlərdə bu layihəyə nəzarətlə bağlı hörmətli nazirlərimizə tapşırıqlar verdik. Onlar tez-tez görüşürlər və görülən işlər barədə mütəmadi olaraq bizə hesabat verəcəklər və beləliklə, biz layihənin necə yerinə yetirildiyini və tamamlandığını izləyəcəyik. İnanıram ki, işlər vaxtından əvvəl tamamlanacaqdır.

Bu layihə, əslində, Qafqazda sabitliyə və rifaha töhfə verəcək bir layihədir. Layihə Qafqazdakı və bölgədəki bütün ölkələrə açıqdır. Bölgənin sabitliyinə və sülhə yardımçı olan, yaxşı qonşuluq əlaqələrinə önəm verən və hörmətlə yanaşan hər bir ölkəyə açıqdır. Bu layihənin həyata keçməsi ilə, sadəcə, iqtisadi fəaliyyət deyil, öncə söylədiyim kimi, mədəni əlaqələr də daha çox canlanacaqdır. Biz böyük ümidlə və məmnuniyyətlə görürük ki, hələlik adı elan edilməyən yaxşı bir iqtisadi bölgə ortaya çıxmaqdadır. Türkiyə ilə Gürcüstan arasında sərbəst ticarət anlaşması imzalandı. Türkiyə ilə Azərbaycan arasında da ticarətin daha da asanlaşdırılması ilə bağlı ikitərəfli danışıqlar aparılır. Batumi hava limanı müştərək işlədilir. İndi İstanbuldan uçan təyyarələrin sərnişinləri Artvində pasport nəzarətindən keçmədən Batumi hava limanına enə bilirlər.

Bunlar göstərir ki, bu iqtisadi bölgə gələcəkdə daha da canlanacaqdır. Bütün bu işlərin zəminində olan önəmli amil buradakı üç ölkənin liderlərinin siyasi iradəsidir. Bu siyasi iradə davam edəcəyi təqdirdə, heç şübhəm yoxdur ki, bütün bu layihələrdən üç ölkənin xalqları, vətəndaşları faydalanacaqlar. Bu siyasi iradə daha da güclü şəkildə davam edəcək, gündəliyə yeni-yeni layihələr gələcək və həyata keçiriləcəkdir.

Mən bir daha bu layihənin uğurlu olmasını diləyirəm. Bütün bölgəmizə faydalı olmasını arzulayıram. Burada əməyi olan hər kəsə təşəkkür edirəm.

Əziz qardaşlarımın - dövlət başçılarının Türkiyədə olmalarından, bu mərasimdə iştirak etmələrindən duyduğum xoşbəxtliyi və məmnunluğu bir daha ifadə edərək, hamınıza hörmət və ehtiramımı çatdırıram.

Bir daha uğurlar diləyirəm.

X X X

Sonra dövlət başçıları üç ölkənin ərazisinin təsvir olunduğu sxematik xəritənin asıldığı səhnəyə dəvət edildilər. Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Türkiyə Prezidenti Abdullah Gül öz ölkələrinin “ərazisində” rəmzi dəmir yolu xətlərini qoyaraq birləşdirdilər. Stansiyadakı qatarın fiti səsləndi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb