Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN NİTQİ

-Hörmətli prezidentlər!

Çox dəyərli qonaqlar!

Bu gün tarixi bir gün yaşayırıq. Çox gözəl bir səbəbdən bir yerdəyik. İnanıram ki, bu anlar gələcəkdə ən gözəl bir şəkildə xatırlanacaqdır. Bu gün Bakını Qarsa bağlayacaq dəmir yolunun təməlinin qoyulması münasibətilə buraya toplaşmışıq. Hamınıza hörmət və sevgilərimi çatdırıram. Türkiyə, Gürcüstan və Azərbaycan xalqlarına xoşbəxtlik diləyirəm.

Biz bu gün sadəcə Bakı, Tbilisi və Qarsı bir-birinə bağlamırıq. Əslində, biz bu gün Çini Londona bağlayırıq. Bu, böyük bir layihədir. Çindən çıxan vaqonlar, lokomotivlər Xəzəri, daha sonra Bakı, Tbilisi və Qarsı keçərək, İstanbula çatacaqdır. İstanbulda sürətlə inşa edilən “Mərmərə ray” xətti vasitəsilə dənizin altından keçərək, Avropanı qət edəcək və oradan da La-Manş boğazını keçərək Londona çatacaqdır. Əslində tarixi, coğrafiyanı dəyişdirən böyük bir layihənin həyata keçirilməsinin addımını atırıq. Bu layihədə bir çox insanın əməyi olmuşdur.

1990-cı illərin əvvəllərində həmin layihələr, təəssüf ki, daha sonra lazım olan marağı görmədiyi üçün bir qədər ləngidi. Amma ötən illərdə bu layihə üzərində üç ölkə intensiv işlədi. Xatırlayıram, əvvəlcə Türkiyə, Gürcüstan və Azərbaycanın nəqliyyat nazirləri toplaşdılar və bu layihəni təkrar canlandırmaq üçün səfərbər oldular. Daha sonra bunun həyata keçirilməsinin mümkünlüyü məsələsi ortaya çıxdı. Bu ilin əvvəlində prezidentlərin, baş nazirlərin iştirakı ilə burada keçirilən bir mərasimə qatıldılar, çərçivə müqaviləsi imzalandı. Üç ölkənin siyasi qərarı ortaya qoyuldu və bütün dünyaya, bölgəyə bəyan edildi. Ondan sonra işlər sürətləndi və bu gün böyük bir sevinci yaşayırıq.

Bu layihənin həyata keçirilməsi ilə əlaqədar addımı atırıq, onun təməlini atırıq. Bu layihəni həyata keçirmək üçün düyməni basırıq. Həqiqətən də, böyük bir hadisə, böyük bir xoşbəxtlikdir. İnanıram ki, bu layihə həyata keçiriləndən sonra tarixi İpək yolu yenidən canlanacaqdır. O zaman şose yolu ilə işləyən “İpək yolu”, indi dəmir yolu ilə işləməyə başlayacaqdır. Dediyim kimi, sadəcə, üç ölkəni yox, Mərkəzi Asiyanı, uzaq Asiyanı, Çini Avropaya bağlayacaqdır.

Qazaxıstanın qoşulması bu layihəni, həqiqətən də, işləyən hala gətirmişdir. Bunu burada ifadə etmək, hörmətli Nazarbayevə də təşəkkür etmək istəyirəm. Onun bu layihəyə olan marağını yaxından bilən insanlardan biriyəm.

Xatırlayacaqsınız, ötən il keçirilən toplantılarda Qazaxıstan bu dəmir yolu ilə 10 milyon ton yük göndərəcəyini bildirmişdir. Bildiyiniz kimi, sadəcə, sərnişin daşınmayacaq, eyni zamanda, yüklər də daşınacaqdır.

Layihənin bölgənin iqtisadi inkişafına çox böyük fayda verəcəyinə, bölgəmizdəki insanların rifahının yaxşılaşacağına çox inanıram. Bir tərəfdən hava yolları, bir tərəfdən dəniz yolu, bir tərəfdən dəmir yolları, digər tərəfdən də avtomobil yolları bu üç ölkəni bir-birinə daha çox bağlayır və ortaq iqtisadi bölgə yaranır. Bildiyiniz kimi, Batumi hava limanı ortaq istifadəyə açılmışdır.

Gəncə ilə Bakı arasında, Tbilisi ilə Bakı arasında avtomobil yolu yenidən qurulduqdan sonra bütün bunlar Qara dəniz nəqliyyat yoluna bağlanacaq və Bakıdan çıxan avtomobillər çox gözəl yollardan keçərək İstanbula çatacaqlar.

Bütün bunlar həyəcanverici böyük layihələrdir. Bir vaxtlar bunlar haqqında danışılarkən, bunları röya kimi, xəyal kimi görənlər olmuşdur. Amma, bu gün görürük ki, bütün bu layihələr gerçəkləşir. Bakı-Tbilisi-Ceyhan neft boru xətti necə gerçəkləşdisə və tankerlər Orta Asiyanın, Qafqazların neftini Aralıq dənizindən dünya bazarına necə daşıyırsa, Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti necə tamamlandısa, əminəm ki, Bakı-Tbilisi-Qars yolu da ən qısa müddətdə tamamlanacaq və bundan sadəcə, bölgəmiz, sadəcə üç ölkə deyil, bütün dünya faydalanacaqdır. Bunlar tarixi hadisələrdir. Belə tarixi bir hadisəni sizlərlə - dəyərli prezidentlərlə, həmkarlarımla birlikdə yaşamaqdan böyük sevinc duyuram. Bu layihələrin daha fərqli layihələri təşviq edəcək nümunə olacağına inanıram. Sadəcə, bölgəmizdə deyil, dünyanın başqa bölgələrində də bunlardan nümunə alacaqlarına inanıram.

Bu bir həqiqətdir ki, təhlükəsizlik, sabitlik, iqtisadi inkişaf, rifah bir-biri ilə bağlı amillərdir. Dünyada sülhü, sabitliyi qorumaq və nəticədə insanların rifahını, xoşbəxtliyini təmin etmək bizim üzərimizə düşən ən böyük vəzifədir.

Bu səbəbdən demək istəyirəm, əslində, Qafqaz bölgəsində bu layihələr bütün ölkələrə açıqdır. Sülh, sabitlik bərqərar olduqda heç kimi kənarlaşdırmaq niyyətimiz yoxdur. Hər kəs bu layihələrə qatıla bilər. Bütün bölgənin insanları irqi, dini ayrı-seçkilik olmadan bu layihələrin faydalarından yararlana və öz xalqlarının, ölkələrinin, millətlərinin rifahını artıra bilərlər.

Ümid edirəm ki, layihələr bu şəkildə dərk olunmalıdır. Bu layihələrin həyata keçirilməsi yanlış şəkildə dərk edilməməlidir. Bu layihələrin, sadəcə, üç ölkəyə deyil, bir gün bütün bu coğrafiyaya xidmət edəcəyinə də inanıram. Bu sahədə əməyi olan hər kəsə təşəkkür edirəm. Yaxın vaxtda bu layihələrin bitdiyini və relslər üzərində insanları, yükləri daşıyan vaqonların hərəkət edəcəyini və onun da açılışını bir yerdə yaşayacağımıza ümid edirəm.

Təkrarən hamınıza hörmət və sevgilərimi çatdırıram.

                                                                   X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

                                                                   X X X

Sonra dövlət başçıları “Bakı-Tbilisi-Qars xəttinin təməli 2007-ci il noyabrın 21-də Gürcüstanın Tetri-Skaro rayonunun Marabda kəndi ərazisində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül və Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən qoyulmuşdur” sözləri yazılmış vərəqi imzalayaraq gilizin içinə qoydular. Prezidentlər gilizi təmələ qoydular və beton qarışığı tökdülər.

Dövlət başçılarına xatirə hədiyyələri təqdim olundu.

Mərasim başa çatandan sonra Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri ilk sərnişinlər kimi, dəmir yolunun rəmzi olaraq çəkilmiş təxminən iki yüz metrlik hissəsini qatarla keçdilər.

                                                                    X X X

Noyabrın 21-də Gürcüstan Prezidenti Mixail Saakaşvilinin adından Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün şərəfinə nahar verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb