TÜRKİYƏ MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ
31-də “Həyat Recensi-Naxçıvan” mehmanxanasında Avropa Şurası Parlament Assambleyasının İqtisadi Məsələlər və İnkişaf Komitəsinin iclası çərçivəsində “Avropa və Xəzərin enerji ehtiyatlarının inkişafı” mövzusunda keçirilən beynəlxalq seminar Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır. Türkiyənin özəl televiziya kanalları tədbir haqqında ətraflı məlumat vermiş, bu tədbirin təkcə Azərbaycan üçün yox, bütün bölgə və dünya üçün maraqlı və əhəmiyyətli olduğunu vurğulamışlar. Xəzərin enerji ehtiyalarının işlənməsi və yeni boru kəmərləri vasitəsilə dünya bazarlarına çıxarılması sahəsində Azərbaycan Prezidenti Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasət yüksək dəyərləndirilmişdir.
Ölkənin nüfuzlu və yüksək tirajlı “Zaman” qəzetində beynəlxalq seminar ilə əlaqədar məqalə çap olunmuşdur. Məqalədə ARDNŞ-in birinci vitse-prezidenti, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı İlham Əliyevin çıxışından geniş söhbət açılmış, çıxışdan sitatlar verilmişdir. Yazıda tədbirin böyük siyasi və iqtisadi əhəmiyyət daşıdığı nəzərə çarpdırılmışdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [17:39]
Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib
- 18.11.2026 [17:29]
Macarıstanın xalis sıfır emissiya hədəfi 48 milyard avroya başa gələ bilər
- 18.11.2026 [17:09]
Konqoda Ebola epidemiyası rekord sürətlə yayılır və ölüm halları artır
- 18.11.2026 [16:40]
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib
- 18.11.2026 [16:12]