Türkdilli gənclərin görüşü keçirilir
Bakı, 23 fevral (AZƏRTAC). Türkiyənin Trabzon şəhərində türkdilli gənclərin geniş tərkibdə birinci görüşü keçirilir.
Trabzon şəhərinin Bələdiyyəsi və Bələdiyyənin Gənclər Assambleyasının təşkil etdiyi görüşün məqsədi Trabzonun tarixini, mədəniyyətini və sosial mövqeyini tanıtmaqdır.
Türkiyənin 81 vilayətindən 150-yə yaxın fəal gəncin və türkdilli ölkələrdən nümayəndələrin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Tarix işçi qrupunun rəhbəri Ayan Məmmədova təmsil edir.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir çərçivəsində həmyerlimiz türk dövlətlərinin gəncləri ilə görüşəcək, ölkəmizin tarixi haqqında məlumat verəcək, mədəni irsimiz haqqında danışacaqdır.
Qonaqlar Trabzonun azad olunmasının yubileyinə həsr olunmuş şənliklərdə də iştirak edəcəklər.
Eyni zamanda, gənclərə Trabzonda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı haqqında məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]