TUNQUS METEORİTİ KOMETA İMİŞ
Tədqiqatın nəticələri Tunqus meteoritinin kometa mənşəli olduğunu sübut edir. Kometanın nüvəsi Yerin atmosferinə daxil olarkən çox bərk qızmış və onun tərkibindəki üzvi maddələr intensiv surətdə parçalanmağa və karbon buraxmağa başlamışdır.
Alimlər plazmanın işıqlanmasını karbonun alovlanması zamanı əmələ gələn qrafit zərrəcikləri ilə təhlil edərək, belə qənaətə gəlmişlər ki, meteoritin tərkibində üzvi maddələr olmuşdur. Oxşar zolaqlar 1908-ci ildə baş vermiş hadisənin şahidlərinin dediklərində də təsvir edilmişdi.
TİİNTİ alimləri meteorit Yerə düşərkən ətrafa səpələnmiş zərrəciklərin tərkibini də öyrənmişlər. Odun və torpaq nümunələrinin kimyəvi analizi göstərmişdir ki, onların tərkibi Halley kometasının “Veqa” və “Cotto” aparatları tərəfindən müəyyən edilmiş maddəsinin tərkibinə yaxındır. Tunqus meteoritində və Halley kometasında natrium, maqnium, alüminum, silisium, xlor, kalium, kalsium, titan və dəmir aşkar edilmişdir.
TİİNTİ alimlərindən əlavə, onların M.V.Lomonosov adına MDU-dan və Danimarka Milli Geologiya Elmləri Muzeyindən (Kopenhagen) olan həmkarları da sübuta yetirmişlər ki, Tunqus fəlakəti kometanın nüvəsinin partlaması nəticəsində baş vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]