Azərbaycan Dövlət İnformasiya Agentliyi

Trans-Xəzər altılığı - TƏHLİL

Bakı, 20 oktyabr, AZƏRTAC

Bu gün “Trans-Xəzər altılığı” dedikdə Avrasiyada həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrə nəzarət edən və iştirak edən Mərkəzi Asiya respublikaları ilə Azərbaycan nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu ifadəni Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edilməsindən sonra Daşkənd Universitetinin professoru, siyasi elmlər doktoru Saifidddin Curayev səsləndirib.

Onun sözlərinə görə, nəticələrin təhlili Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərini regionda daxili siyasi dialoqu bərpa etmək və onu müntəzəm mexanizmə çevirmək məqsədinə nail olduğunu göstərdi. 2018–2025-ci illər ərzində 7 görüş keçirilib. Ən əsası görüşlərin formatı COVID-19, Rusiya ilə Ukrayna arasındakı münaqişə və Əfqanıstanda dəyişən vəziyyət kimi xarici şoklara baxmayaraq, öz impulsunu qoruyub saxlayıb. İlkin mərhələdə əsas məqsəd etimadı bərpa etmək olub. Sonradan format hüquqi tənzimləmə, sektorlararası əməkdaşlıq, nəqliyyat, su və enerji resursları, eləcə də yaşıl enerji kimi məsələləri əhatə etməklə genişlənib.

Azərbaycanın 2025-ci ildə Daşkənddə keçirilən tədbirdə Məşvərət Görüşlərinə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi formatın coğrafi və iqtisadi potensialının daha da genişlənməsinə töhfə verib. Ən vacib nəticə ondan ibarətdir ki, xarici qüvvələrlə qarşılıqlı əlaqələrdə region dövlətləri artıq bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid bir qurum kimi fəaliyyət göstərir. Hazırda ABŞ, Çin, Rusiya, Avropa İttifaqı, Yaponiya, Hindistan, Cənubi Koreya və Körfəz ölkələri ilə “Mərkəzi Asiya plyus” formatında dialoq qurulub. Bu, xüsusilə ticarət, tranzit və mövcud texniki maneələrin aradan qaldırılması sahələrində nəzərə çarpır. Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra əvvəlki beşlik əsasən Mərkəzi Asiya daxilində əməkdaşlığa əsaslanırdısa, indi Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz və Avropa ilə birbaşa əlaqələr qurmaq imkanı yaranıb. Bu kontekstdə Trans-Xəzər altılığı modeli mümkün ssenarilərdən biri kimi nəzərdən keçirilir. Bu model nəqliyyat və enerji sahələrində geniş imkanlar açır. İndi Orta Dəhliz, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi, eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlıq kimi layihələr 6 ölkənin iqtisadi maraqlarını birləşdirə bilər.

Beləliklə C5+1 formatı artıq C6+1 formatına çevrilib və Mərkəzi Asiya Azərbaycan olmadan geniş ticarət əlaqələri qurmaq imkanına malik deyil. Azərbaycanın coğrafi mövqeyi və mövcud liman, dəmir yolu infrastrukturu ona bu marşrutda mühüm rol verir. C6 formatı isə marşrutun digər tərəfindəki ölkələrlə siyasi koordinasiyanı asanlaşdıra bilər. Bəs bu, geosiyasi baxımdan nə deməkdir?

Birincisi, tranzit dövlətin, yəni Azərbaycanın təsir imkanları artır. Ölkələr arasında yükdaşımalar üçün etibarlı və səmərəli marşrutlar yarandıqca Azərbaycan beynəlxalq ticarət şəbəkələrində daha əhəmiyyətli mövqe qazana bilər. İkincisi, alternativ marşrutların əhəmiyyəti artır. Rusiya ərazisindən keçən ənənəvi nəqliyyat yolları ilə yanaşı, Orta Dəhliz də Avropa ilə Asiya arasında alternativ bağlantı yaranır. Bu, marşrutların şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Üçüncüsü, Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla əməkdaşlıqda ortaq marağı güclənir. Qazaxıstan və Özbəkistan kimi ölkələr üçün dünya bazarlarına çıxış imkanlarının genişlənməsi, Azərbaycan üçün isə tranzit və logistika fəaliyyətinin inkişafı qarşılıqlı fayda yaradır.

Orta Dəhliz Rusiya, Çin və Qərb arasında strateji balans yaradır. C6-nın geosiyasi əhəmiyyətini anlamaq üçün Mərkəzi Asiyada təsir imkanlarına malik böyük güclərin maraqlarını nəzərə almaq lazımdır.

Rusiya Mərkəzi Asiya ilə tarixi, iqtisadi, təhlükəsizlik və nəqliyyat əlaqələrinə malikdir. Orta Dəhlizin inkişafı regional ölkələrə Rusiyadan keçməyən əlavə ticarət imkanları yaradıb. Bununla belə, C6-nın yaranması Rusiya ilə münasibətlərin mütləq zəifləməsi və ya qarşıdurma demək deyil. Çünki Rusiya ilə Ukrayna arasındakı müharibə tranzit imkanlarını məhdudlaşdırıb.

Çin Mərkəzi Asiyanın əsas iqtisadi tərəfdaşlarından biridir və region vasitəsilə Avropaya çıxışda maraqlıdır. C6 Çinlə ticarəti dayandırmaq üçün deyil, regional ölkələrin nəqliyyat, logistika və investisiya imkanlarını genişləndirmək üçün istifadə olunur ki, bu da tərəflərin maraqlarını əks etdirir.

Avropa İttifaqı enerji təchizatını və ticarət marşrutlarını şaxələndirməkdə maraqlıdır. Azərbaycan Avropa bazarlarına çıxış və Mərkəzi Asiya ilə əlaqələr baxımından mühüm vasitəçi rolunu oynayır.

Türkiyə Orta Dəhlizin qərb istiqamətində əsas tərəfdaşdır. Azərbaycanla Türkiyə arasında nəqliyyat və siyasi əməkdaşlığın Mərkəzi Asiya ölkələri ilə əlaqələndirilməsi Xəzərdən Avropaya uzanan inteqrasiya imkanlarını artıraraq iqtisadi inkişafa təkan verir.

ABŞ Mərkəzi Asiyada diplomatik və iqtisadi əlaqələrin genişləndirilməsinə, kritik minerallara və alternativ təchizat zəncirlərinə maraq göstərir. C6 bu maraqların regionun öz təşəbbüsləri ilə uzlaşdırılması üçün əlavə imkan yaradıb.

Bu mənzərə göstərir ki, C6-nın əhəmiyyəti yalnız altı dövlətin öz aralarındakı münasibətlərlə məhdudlaşmır. Format onların böyük güclərlə münasibətlərində daha çox iqtisadi seçimə və regional təşəbbüs imkanlarına malik olmasına şərait yaradıb. Bununla belə, C6-nı hər hansı bir böyük gücə qarşı yaradılmış blok kimi təqdim etmək üçün əsas yoxdur.

Azərbaycan üçün əsas məsələ böyük güclər arasında seçim etməyə məcbur qalmadan, müxtəlif tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirmək və öz milli maraqlarını qorumaqdır. Beləliklə “Trans-Xəzər altılığı” ifadəsi təsadüfi xarakter daşımır. Artıq Mərkəzi Asiya Azərbaycan ilə birlikdə vahid iqtisadi məkan təşkil edir. Avrasiya qitəsində hər hansı beynəlxalq və qlobal xarakterli layihənin həyata keçirilməsi Azərbaycan olmadan reallaşmır.

Ötən əsrin əvvəllərində tanınmış ingilis coğrafiyaçısı, Oksford Universitetinin professoru, geosiyasi araşdırmaları ilə tanınmış siyasi xadim Helford Con Makkinder özünün “Tarixin coğrafi oxu” (Geographical pivot of history) Avrasiyanı yer kürəsinin ürəyi adlandıraraq qeyd edirdi ki, “Avrasiyanı idarə edən bütün dünyanı idarə edəcək”.

Müəllif - Rabil Kətanov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?

İsa Həbibbəyli: Əcəmi sənəti qədim Naxçıvan torpağının intibah mədəniyyətinin mühüm nişanəsidir

Aktoti Raimkulova: Azərbaycan pavilyonu mədəni irsin qorunması və təbiətə həssas münasibəti əks etdirir

Ümumdünya Xeyirxahlıq Günü: yaxşılıq insanlığın ən ali dəyərlərindəndir

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması işləri davam etdirilir

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Maliyyə Nazirliyinin aparatına olan müraciət sayı açıqlanıb

Ötən ay mikromobillik vasitələrindən istifadə edənlərin sayı 35 faiz artıb

Habil Məmmədov: Müəllim üçün ən böyük uğur yetişdirdiyi şagirdlərdir

Elbrus İsayev: Əcəmi Naxçıvaninin memarlıq irsi dünya mədəniyyətinin qiymətli nümunələrindəndir

Türkiyəli nazir müavini COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib

Gənclər Kitabxanasının professor Sevda Məmmədəliyevanın 80 illik yubileyinə töhfəsi

BMU tələbəsi raket texnologiyaları müsabiqəsində I yerə layiq görülüb

Məktəblərdə payız tətili noyabrın 16-da başlanır

İran ABŞ-nin MQ-1 PUA-sını vurub

Günay Əfəndiyeva: “Bakı Prosesi” dövründə Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib

Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Qırğızıstan rəsmisi: BMT-nin İqlim Dəyişmələri konfransları Mərkəzi Asiyada da keçirilməlidir

Polad Bülbüloğlu: Azərbaycan mədəni diplomatiyası beynəlxalq dialoqun inkişafına mühüm töhfə verir

Vəkillər Kollegiyası bir vəkili üzvlükdən xaric edib, beş nəfərə intizam tənbehi tətbiq olunub

Naxçıvan Kukla Teatrı Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edəcək

Şəkidə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil olunub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycan komandası Yeniyetmələrin Yay Olimpiya Oyunlarını 6 medalla tamamlayıb

Milli Dram Teatrında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat başlanıb

Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub

“Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda İCTİMAİ DİNLƏMƏ

Milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub

Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib

Həftəsonu hava necə olacaq?-  AÇIQLAMA VİDEO

Həftəsonu hava necə olacaq?- AÇIQLAMA VİDEO

Siyasi şərhçi: Bakı-London tərəfdaşlığı Azərbaycanın geosiyasi və iqtisadi mövqelərini gücləndirir

Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib

İqlim dəyişikliyi ilə mübarizə və tullantıların idarə olunması: Azərbaycan-Özbəkistan dialoqu

Siyasi şərhçi: Azərbaycan-Böyük Britaniya münasibətləri hərtərəfli strateji səviyyəyə yüksəlir VİDEO

Siyasi şərhçi: Azərbaycan-Böyük Britaniya münasibətləri hərtərəfli strateji səviyyəyə yüksəlir VİDEO

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

FHN təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb VİDEO

FHN təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb VİDEO

İllərin yurd həsrəti doğma ocağın sevincinə çevrilib – Müslüm Hüseynovun gerçəkləşən qayıdış arzusu

Şagird və müəllimlər üçün yeni süni intellekt platforması istifadəyə verilib

Baş Dövlət Yol Polisi İdarəsi piyada qəzalarının artması ilə bağlı xəbərdarlıq edib

Abşeronun qədim tarixinin yadigarı: Qala qəsri - FOTOREPORTAJ

BMU-nun ikili diplom proqramının tələbələri Çində ölkəmizi təmsil ediblər

Bakıda İtaliya mətbəxinin ənənələri təqdim olunub

Sevinc Məhsimova: Könüllülərin fəaliyyəti inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verir

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir

“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

Ev təsərrüfatlarının uçotu dövlət proqramlarının real ehtiyaclara uyğun planlaşdırılması üçün etibarlı informasiya bazası olacaq

Yücel Karauz: Birliyimiz gücümüz, qardaşlığımız isə ən möhkəm körpümüzdür

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Nazir müavini: Bu tədris ilində 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

On ayda sənaye sektorunda 58,5 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanlı opera müğənnisi "Carnegie Hall"da keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək

BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

Qərbi Azərbaycanda tarixi abidələrimiz- Gülvəng məbədi

Çinli professor: Rəqəmsal texnologiyalar tarixi tikililərin sənədləşdirilməsi və memarlıq irsinin mühafizəsində mühüm rol oynaya bilər

Pekin Kimya Texnologiyası Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Bu gün Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir

Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb

Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə

74 ölkədə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işində nasazlıq yaranıb

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Media və Yayım Şurası açıqlama yayıb

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə

Dövlət Proqramı təqaüdçüsü Böyük Britaniyanın Esseks Universitetində müəllim kimi fəaliyyətə başlayıb

QDF-in iştirakı ilə COP31 çərçivəsində Türkiyə pavilyonunda dayanıqlı şəhərsalma təcrübələri müzakirə olunub

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb VİDEO

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb VİDEO

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycanda 369 akkreditasiya olunmuş qurum fəaliyyət göstərir

Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub

Mərkəzi Bank Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

“Xankəndi” Azərbaycan Bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Avropa Kuboku: “Kür” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq

Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

4SİM rəsmisi: Süni intellekt agentləri gələcəkdə fərdi iştirakçıların komanda funksiyasını yerinə yetirə biləcək