Azərbaycan Dövlət İnformasiya Agentliyi

Toy çalınmadı…

Toy çalınmadı…

Bakı, 20 oktyabr, AZƏRTAC

Nişanlanandan sonra könüllü olaraq cəbhəyə yola düşən Murad Qurbanov Vətən müharibəsində Hadrut uğrundakı döyüşlərdə əbədiyyətə qovuşub

Aprel döyüşlərinin iştirakçısı

“Ana, çalış ki, mən zəng etməyənə, yazmayana qədər əlaqə saxlamayasan. Burada komissiya var, istəmirəm telefonumu görüb əlimdən alalar. İmkan düşdükcə, özüm səninlə əlaqə saxlayacağam”…

Bunu 2016-cı il martın son günlərində özüyeriyən topların baş tuşlayıcısı Murad Qurbanov anasına yazmışdı. Ona görə yazmışdı ki, anası nigaran qalmasın, hər dəqiqə ürəyini yeməsin…

Əslində isə o, sabahdan Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinə qarşı keçirdiyi döyüş əməliyyatlarına qoşulacaqdı. Tərtərin Qaradağlı kəndində hərbi xidmətdə olan Murad aprelin 1-də Füzulidə Lələtəpə yüksəkliyi uğrunda hərbi əməliyyatlarda iştirak edirdi.

Aprelin 2-də telefonla anasına növbəti ismarış yazdı: “Ana hər şey yaxşıdı. Darıxma, iki-üç günə döyüş əməliyyatları başa çatacaq”.

Aprelin 4-də dediyi kimi də oldu və o, evə hər şeyin uğurla başa çatdığını yazdı. Aprel döyüşlərində fəal iştirak etdiyinə görə ailəsinə polkovnik İlqar Mirzəyevin imzası ilə təşəkkür məktubu göndərildi.

Aprel döyüşlərindən bir il sonra hərbi xidmətini başa vuraraq evə qayıtdı.

Toyqabağı hazırlıq

Murad hərbi xidmətini başa vurub qayıdandan sonra Binə ticarət mərkəzində uşaq geyimləri satan mağazada əmək fəaliyyətinə başladı. Hər şey ürəyincə idi. Səhərlər həvəslə işə gedir, müştərilərə xidmət edir, axşam evə qayıdırdı. Bir gün qarabuğdayı, uzunsaçlı bir qız bacısı ilə mağazaya gəlib uşaq paltarları alırlar. Muradın gözü qızı tutur. Elə olur ki, qız bacısının körpəsi üçün aldığı paltarların bəzilərini dəyişmək üçün yenidən mağazaya dönür. Bu dəfə tək. Tanış olurlar. Novruz bayramı ərəfəsində Muradın anası Mehriban xanım, bacısı İlahə tanışlıq üçün onların evlərinə gedirlər. Fisincanplov süfrəsi ətrafında çox xoş bir görüş olur. Şirin çay içirlər. Muradın seçimi anasının çox ürəyincə olur.

Qayıdandan sonra nişan hazırlıqları görürlər. Pandemiya vaxtına düşdüyündən hələ gözləmək lazım gəlirdi. Bir müddət sonra - avqustun 20-də nişan məclisi olur. Qızın özünün bəyəndiyi nişan üzüyü alırlar. Ondan bir gün əvvəl cavanlar nişanqabağı fotosessiya edirlər. Nişana gələndə Murad 101 qərənfil alıb gətirmişdi. Açıq havada ən yaxın qohumların iştirakı ilə üzüyü sevgilisinin barmağına taxır. Hər iki ailə arasında oktyabrda toy etmək barədə razılıq əldə olunur.

Nişandan sonra toya hazırlıq gedirdi. O, özünə bəylik kostyumu, ağ köynək, ayaqqabı almışdı. Hətta çox baha qiymətə aldığı fransız ətrinə görə anası ilə mübahisə də düşmüşdü: “Neynirsən bunu? Bir ətirə bu qədər pul verərlər, ay bala?”, - deyə Mehriban xanım gileylənmişdi.

Toya kimlərin dəvət olunacağı barədə siyahı tutmuşdular. Onlar ən yaxın adamların ailənin xoş gününə şahidlik etməyini istəyirdilər. Muradın arzusu toy günü milli geyimdə və faytonda getmək idi.

 

Anasının xəbəri olmadan

Həmin il iyulun 13-14-də Tovuz rayonu sərhədində erməni hərbi birləşmələrinin törətdiyi təxribat əməllərinə cavab verərkən general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, daha bir neçə zabit və əsgər şəhid olmuşdular. Bu hadisə Murada çox təsir etmişdi. Hərbi xidmətdə olarkən polkovnik İlqar Mirzəyev onun komandiri olmuşdu. Komandirin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə gətiriləndə Murad da vida mərasiminə getmiş və izdihamla bir yerdə II Fəxri xiyabandakı dəfn mərasimində iştirak etmişdi.

Həmin hadisədən sonra o, döyüşə getmək barədə onlayn qaydada Müdafiə Nazirliyinə müraciət edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinə könüllü olaraq yazılıb. Mehriban xanım həmin idarədə işlədiyindən o, bunu günün elə vaxtı etmişdi ki, anası bundan xəbər tutmamışdı...

O, anasına döyüşə getmək arzusunu bildirsə də, könüllülər sırasına yazıldığını ondan gizli saxlayırdı.

Muradam, amma həmin Murad deyiləm...

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Murad çox narahat idi. Könüllülərin cəbhəyə çağırıldığını eşitdikcə narahatlığı daha da artırdı: “Görəsən məni niyə çağırmırlar?” Elə həmin günlərdə qapıbir qonşuları Bilal Qurbanova çağırış vərəqəsi gəlmişdi. Onun ardınca digər qonşuları Əli Tağıyev də cəbhəyə getmək üçün çağırıldı.

Onlardan sonra Muradın telefonuna zəng gəlib. Yaşadığı ərazidə mənzil-kommunal idarəsinin müdiri ona zəng edib. Cavab verəndən sonra səsini tanıyaraq “Sən Mehriban xanımın oğlu Muradsan?” - deyə soruşub. “Muradam, amma Mehriban xanımın oğlu deyiləm”,- deyə cavab verib. Fikirləşib ki, birdən onu tanıyar, anasına xəbər verər və onun cəbhəyə gedişinə mane olarlar.

Həmin vaxt nişanlısı ilə bir yerdə imiş, onu aparıb evlərinə qoyub. Bərbərxanaya gedib saçlarını qaydaya salır, tələsik evə gedərək idman paltarı geyinir, toy üçün aldığı ətri açaraq üst-başına vurur. Gümüş bilərziyi, saatını qoluna taxaraq taksiyə əyləşərək çağırış məntəqəsinin toplandığı Səbail rayonundakı 49 nömrəli orta məktəbin həyətinə sürməyi xahiş edir. Əslində, həmin yolu piyada 10 dəqiqəyə də getmək olardı, amma Murad tələsirdi. Məntəqəyə çatanda yadına düşür ki, hərbi bileti evdə qalıb. Bacısına zəng edərək onun hərbi biletini gətirməyi xahiş edir. Muradın gedişindən xəbər tutan nişanlısı, nişanlısının anası da onu yola salmağa gəlirlər. Ən nəhayət, hamıdan sonra xəbər tutan anası Mehriban.

Nə qədər yalvar-yaxar, xahiş-minnət edirlər, Murad fikrindən daşınmır. Çağırışçılarla dolu avtobuslar yola düşür. O, ləngidiyini görüb komissarlığın işçilərindən, anasından onu qəsdən yubatdıqları barədə şikayət edəcəyini deyir. Mehriban xanım öz əli ilə səfərbərliyə alınması haqqında oğlunun hərbi biletinə qeyd yazır.

Murad könüllülər üçün ayrılmış avtobusa minib yola düşməyi gözləyir. Anası avtobusa daxil olub oğlunu öpmək istəyəndə də Muradın etirazı ilə üzləşir: “Burada nə qədər uşaq var, sən məni öpürsən, onda hamının anası gəlib övladları ilə görüşmək istəyəcək”. Sonra qol saatını açıb anasına verir, qolbağını isə özündə saxlayır. “Minaya düşsəm, qolbağımdan tanıyarsan”, - deyib. Yola düşəndə “Narahat olma, müharibə tez bitəcək, uzağı 15 günə evdəyəm”, - deyir.

“Sabah ağır döyüşə giririk...”

Döyüş yolu Füzulinin Qaraxanbəyli kəndindən başlanıb. Telefonla danışanda ətrafda məktəb binası olduğunu deyirdi. Bir gün yoldaşlarının telefonu ilə zəng eləmişdi: “Ana, komandir icazə verib, telefonumu enerji yığmaq üçün qoymuşam. İndi uşaqlarla birlikdə su qablarını doldurmağa gedirik. Heç nədən narahat olma”.

Səhəri gün yenə zəng elədi: “Çəkmələrim rahat deyildi. Burada yanımda olanlarda ayağıma daha rahat olanı vardı, dəyişdim”. Ərzaqlarımız boldu, heç bir korluğumuz yoxdur. Hər şey yaxşıdır, nigaran qalmayın”.

Elə oradaca anasından xidməti işi ilə əlaqədar bir xahiş də edir: “Ana, burada bir döyüş yoldaşımız var, uşağı olub. Onu necə geri qaytarmaq olar?”

Mehriban xanımın yaddaşında zənglər, onun dediyi sözlər hələ də səslənir: “Ana, səngərdə bir az nəmişlik var, bir az soyuqlamışam. Özüm sənə zəng edəcəm...”

Ermənilərin bunkeri yarılandan sonra onların hərbi hissəsini Hadrutun alınması uğrunda döyüşlərə aparırlar. Murad bütün döyüşlərdə öndə gedirdi. O, intiqam hissi ilə alışıb-yanır, düşmən səngərinə atəş açmaqdan, onlarla üz-üzə gəlməkdən çəkinmirdi. Çox böyük cəsarət, qorxmazlıq nümayiş etdirir, hamıya ürək-dirək verirdi. Döyüş yoldaşları deyirlər ki, Murad heç kəsi tək qoymurdu. Xüsusilə yaralıların atəş altından çıxarılmağında çox canfəşanlıq göstərirdi.

Axırıncı dəfə anası ilə oktyabrın 7-də danışıb. Ayın 9-da başqa bir nömrədən Mehriban xanımın telefonuna ismarış gəlib: “Mən yaxşıyam, sağ-salamatam. Hər şey yaxşıdır. Yenə zəng edəcəyəm...”

Mehriban xanım nə qədər həmin nömrə ilə əlaqə saxlamaq istəsə də, alınmır. Telefon susur...

Bu, anasının Muraddan aldığı sonuncu xəbər olur.

Özünün ən sonuncu mesajını isə oktyabrın 10-da xalasıoğlu Elşənə göndərir: “Sabah ağır döyüşə giririk. Salamat qayıtsam, özüm hamıya zəng edəcəm. Anama bu barədə demə”.

Oktyabrın 11-də Hadrut uğrunda döyüş sonuncu olur. Hadrut yüksəkliyi uğrunda düşmən əsgərlərinin dolu kimi yağdırdıqları çoxsaylı mərmilərdən biri Muradın ürəyindən dəyib. Burda da qabağa düşür, bəlkə də həmin döyüşün ilk şəhidlərindən olur.

Oktyabrın 13-də bacısı Muradın nömrəsinə növbəti dəfə zəng edir. Telefon açılanda tanış olmayan başqa səs eşidir və ona bir neçə şəkil göndərərək onlardan hansının onun qardaşı olduğunu soruşur. Bacısı gözü açıq, üzü-gözü al qan içində olan Muradı dərhal tanıyır...Qolunda bilərzik, üzündə təbəssüm...Dediyi vaxtdan düz 15 gün keçmişdi...

Bayıl qəsəbəsində Azərbaycan bayraqları ilə bəzədilmiş təkcə bir küçə bir ayın ərzində beş şəhid yola saldı: oktyabrın 1-də Cavidan Ağayevi, oktyabrın 8-də İsmayıl Hüseynovu, oktyabrın 13-də Murad Qurbanovu və Əli Tağıyevi, noyabrın 4-də Bilal Qəmbərovu. Qohum-əqrəba, dost-tanış, məktəblilər, tanıyan-tanımayan öz qəhrəman oğlulları ilə vidalaşmağa gəlmişdi...

Ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Səbayel rayonunda oxuduğu 51 nömrəli məktəbin foyesinə büstü qoyulub, həmin məktəbdə, eləcə də paytaxtın digər məktəblərində adıan sinif otağı verilib. Ailəsi ikiotaqlı mənzillə təmin olunub.

Oğul dağı

Anası Mehriban Əmrahova yeganə oğlunun yazdıqlarını, ona ünvanladıqları şəkilləri əziz bir xatirə kimi saxlayır. Muradın döyüş yoldaşlarına söylədikləri arzuları isə onun sinəsinə dağ çəkir, düyün basır: “Sağ qalan döyüş yoldaşları danışırdılar ki, boş vaxtlarımızda həmişə deyirmiş ki, evə qayıdan kimi anama deyəcəm çoxlu kartof qızartması bişirsin. Bir də qoyub getdiyi avtomobilinin akkumulyatorunun yatmağından narahat imiş. Uşaqlara deyirmiş ki, döyüşlər qurtaran kimi anama zəng edərəm, əvvəlcə bizim evə gedərik. Bir də deyirmiş ki, əsgər yoldaşlarımı da, döyüş dostlarımı da hamılıqla toyuma çağıracağam”...

Mehriban xanım deyir: “Nişanlısı Muradı son mənzilə yola saldı, qırx mərasiminə gələndə mən ondan və anasından xahiş elədim ki, bir də bizə gəlməsinlər. Nişanlısına dedim ki, istəyərsə, ad günlərində, bayramlarda gedib məzarını ziyarət edərsən. Novruz bayramında zəng elədi ki, mən sizinlə ziyarətə getmək istəyirəm. Etiraz eləmədim. Gəldi, ziyarətdən qayıdanda onun adına özümüzün, Muradın aldığı nə qır-qızıl, nə pal-paltar varsa hamısını onun evlərinə aparıb özünə verdim. Dedim, qızım, bunların hamısı sənin adına alınıb. Neyləyirsən, özün bilərsən...”

Ana köks ötürür: “Murad iki dəfə Vətən qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirsə də, oğul kimi mənə borcu qaldı. Tabutuma girib məni çiynində son mənzilə aparmadı... O, həmişə məni arxasında bir dağ hesab edirdi, amma özü mənə ağır və unudulmaz bir dağ oldu...”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Neft-qaz sektorunda 1,2 faiz azalmaya baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,6 faiz artım olub

BMT rəsmisi: “ASAN xidmət" dövlət xidmətləri ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir

Pakistan “ASAN xidmət” mərkəzləri şəbəkəsini genişləndirmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirir

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin maliyyələşdirilməsinə 9,2 milyard manat vəsait nəzərdə tutulub

Bəzi rayonlarda leysan olacaq, dağlıq ərazilərdə qar yağacaq – HAVA PROQNOZU

Ülvi Mehdiyev: “ASAN” modelinin tətbiqi üçün müxtəlif qitələrdən Azərbaycana müraciətlər daxil olub

“Zəfər veloyürüşü”: Azərbaycan könüllüləri tarixi Qələbəni qürurla qeyd ediblər

Nazir: Hər il ölkədə 800 min – 1 milyon hektar ərazidə taxıl əkilir

“Nərimanov” metro stansiyasında Qarabağın dirçəlişinə həsr olunan fotosərgi açılıb

DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı

Seulda 8 Noyabr - Zəfər Günü qeyd olunub

2027-ci ildə əmək pensiyaları 7,5 faiz səviyyəsində indeksləşdiriləcək

2027-ci ildə şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq

Akademik Rafael Hüseynov: Zəfər Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcıdır

® “Birbank Biznes”dən mikro biznes krediti üzrə 5 faizədək endirim kampaniyası

Xocalı sakini Rafiq Zamanov: Doğma kəndimə, öz evimə qayıtdığım üçün xoşbəxtəm

Dövlət Sosial Müdafiə Fondunun xərcləri artırılır

Nazir: Pakistan bütün beynəlxalq məsələlərdə Azərbaycanın yanında olacaq

Rövşən Məmmədov: Azərbaycan radiosu milli düşüncənin və dövlətçilik ideologiyasının qorunmasında mühüm missiya daşıyır

Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb

Tbilisidə Azərbaycan və Türkiyə vəkillərinin futbol komandaları qarşılaşıb

Anar Əliyev: 2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər 9,2 faiz çox olacaq

Naxçıvan Regional Dost Mərkəzinə 8 minə yaxın müraciət daxil olub

Fransada ümummilli tətil və etiraz aksiyalarına 70 min polis və jandarm səfərbər olunub

Ülvi Mehdiyev: Azərbaycanın “ASAN” modeli 50-dən çox ölkəyə ixrac olunur VİDEO

Ülvi Mehdiyev: Azərbaycanın “ASAN” modeli 50-dən çox ölkəyə ixrac olunur VİDEO

İşğaldan azad edilmiş ərazilərdə 13 radio və televiziya yayım stansiyası fəaliyyət göstərir

Deputat: Yoxsulluq səviyyəsini qorumaq əsas vəzifələrdən biridir

Kələxana türbələri – Tarixin daş yaddaşı VİDEO

Kələxana türbələri – Tarixin daş yaddaşı VİDEO

Aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımının məbləği artırılır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 noyabr

Azərbaycan Biznesinin İnkişafı Fondu sahibkarlar üçün yeni “Yaşıl kredit” məhsulunu təqdim edib

Zəfər Günü ərəfəsində Laçında şəhid ailələri ziyarət edilib

Nazir: Akvakultura sahəsində məhsul ixracının artırılması nəzərdə tutulur

Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir

Səudiyyə Ərəbistanı Suriyaya 403 milyon dollardan çox güzəştli kredit ayırıb

Azərbaycançılıq ideologiyası Azərbaycan milli dövlətçiliyinin tarixi ilə də sıx bağlıdır – ŞƏRH

BDU-da “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda konfrans işə başlayıb

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Komitə sədri: 2027-ci ildə orta aylıq pensiya məbləğinin 640 manat olacağı proqnozlaşdırılır

Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb

Milli Məclisin komitə sədri: Gələn il bir sıra sosial müavinətlər artırılacaq

Pakistanlı nazir: “ASAN xidmət” modeli dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını artırır

Nazirlik: 500-dən çox müharibə əlili yüksəktexnologiyalı protezlərlə təmin edilib

® “Rabitəbank” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Seçmə mərhələ: Azərbaycan basketbol millisinin ev oyunlarına biletlər satışa çıxarılıb

Süni intellekt hazır məlumatlar olmadan yeni biliklər əldə edə biləcək - ARAŞDIRMA

Rolf Alter: Gələcək çağırışları müəyyənləşdirən mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır

Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO

Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonlarında əlavə qatar reysləri həyata keçiriləcək

“Zəfərin toponimik izləri”: azad olunmuş torpaqların coğrafi adları araşdırılır

Nabil Gangi: FAO akvakultura sahəsində Azərbaycana dəstək verməyə hazırdır

Azərbaycançılıq: etnik müxtəlifliyi dövlətçilik məfkurəsində birləşdirən milli ideya - ŞƏRH

Bərdədə toxum-sərgi satış yarmarkası olub

Azərbaycan Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb

Bakı qlobal dialoq platforması kimi: Azərbaycanın artan fəallığı və xarici siyasət uğurları - ŞƏRH

Rania Al-Mashat: “ASAN xidmət” modeli digər ölkələr üçün də nümunədir

Natiq Məmmədli: Azərbaycan jurnalistikası Vətən müharibəsində çox böyük sınaqdan keçib

“Qərbi Abşeron” yatağında yeni stasionar dəniz özülü istismara verilib

Fərid Qayıbov Monakoda idmana məsul nazirlərin iclasında iştirak edib

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun xatirəsi anılıb

Deputat: Hər bir dövlət ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət ayırır

Adriana Alberti: Dövlət institutları müasir çağırışlara uyğunlaşmalı və ictimai etimadı qorumalıdır

Milli Kitabxanada 6 Noyabr - Televiziya və Radio Gününə həsr olunmuş sərgi açılıb

DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət olunub? – statistika

Məcnun Məmmədov: Xəzəryanı və qonşu ölkələrlə elmi tədqiqatlar üzrə əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik

BMT rəsmisi: Bakı sammitinin əsas məqsədi gələcəkdə atılmalı olan konkret addımları müəyyənləşdirməkdir VİDEO

BMT rəsmisi: Bakı sammitinin əsas məqsədi gələcəkdə atılmalı olan konkret addımları müəyyənləşdirməkdir VİDEO

Şanxayda 9-cu Çin Beynəlxalq İdxal Sərgisi fəaliyyətə başlayıb

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fransanın şəhərlərində etiraz nümayişləri və tətillər başlayır

Cüdo üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçiriləcək

Nazir: Əsas hədəfimiz akvakultura üzrə illik istehsal həcmini 2030-cu ilədək 7700 tona çatdırmaqdır

“ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb

Ötən gün 64 cinayətin açılması təmin olunub

Səudiyyə Ərəbistanı və Suriya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Li Junhua: “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində mühüm nümunədir VİDEO

Li Junhua: “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində mühüm nümunədir VİDEO

Qızılın qiymətində artım davam edir

UEFA Avropa Liqasında bu gün daha 17 oyun keçiriləcək

Özbəkistan Prezidenti iqtisadi sektorlarda dronlardan istifadəni genişləndirməyi tapşırıb

Yaponiyanın ənənəvi şodo xəttatlığı UNESCO-nun mədəni irs siyahısına tövsiyə olunub

Çelenc Kuboku: Azərbaycan voleybol klubu cavab oyununa çıxır

Müharibənin bitəcəyinə dair ümidlər fonunda neft ucuzlaşmaqda davam edir

Azərbaycan və Özbəkistanın innovasiya ekosistemləri arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb

Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nəyə diqqət yetirməliyik?

BMT Baş katibinin müavini: Dünyanın hər yerində dövlət institutları görünməmiş sınaqlarla üzləşirlər

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib

ABŞ İran neftini daşıyan Hindistanın dənizçilik şəbəkəsinə sanksiya tətbiq edib

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Konfrans Liqası: “Trabzonspor” bu gün Almaniya klubu ilə qarşılaşacaq

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu işə başlayıb

“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına

UNEP: Dünya mövcud iqlim şəraitinə uyğunlaşmağa hazır deyil

Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti işə başlayıb VİDEO

Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti işə başlayıb VİDEO

“BilBacar” müsabiqəsinə qeydiyyat başlanıb

Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək

Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq

Azərbaycan nefti 106,81 dollara satılır VİDEO

Azərbaycan nefti 106,81 dollara satılır VİDEO

Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı icra olunub