Tibbi təlim keçirilmişdir
Bakı, 14 fevral (AZƏRTAC). Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tibbi xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və dəstəkləyici nəzarət” mövzusunda təlim keçirilmişdir.
Təlimdə Bakı üzrə 10 doğuşayardım tibb müəssisəsinin neonatoloqları, baş həkim müavinləri, şöbə müdirləri “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsinin əsas məqamları ilə tanış olmuşlar.
İSİM-dən AZƏRTAC-a verilən məlumata görə, 2011-ci ilin yanvarından etibarən YUNİSEF-lə birgə həyata keçirilən layihənin məqsədi neonatal və doğum xidmətləri sahəsində tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkləyici monitorinq təşəbbüsünün pilot qaydada sınaqdan keçirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]