TƏZƏPİR MƏSCİDİNDƏ MATƏM MƏRASİMİ
Günorta duasından sonra məscidin həyətində ehsan verildi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin, Bakının və Xəzəryanı bölgənin yepiskopu Aleksandrın və Azərbaycanın dağ yəhudiləri icmasının başçısı Semyon İxiilovun Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksiyə göndərdikləri başsağlığında deyilir ki, Azərbaycanın din xadimləri və müxtəlif konfessiyalara mənsub olan mömin insanlar Rusiya xalqının bu müsibətini öz faciəsi kimi qarşılamışlar. Erməni silahlı birləşmələrinin yüzlərlə uşağı, qadın və qocanı qətlə yetirdiyi Xocalı faciəsini yaşamış Azərbaycan xalqı Beslanda törədilmiş mənhus cinayəti ürəkağrısı ilə qarşıladı.
Beslandakı o dəhşətli faciə özünün qana hərisliyini bütün dünyaya göstərən terrorizmin qələbəsi deyildir, əksinə, rüsvaycasına məğlubiyyətidir.
Din liderləri xalqları müdrikliyə və Bir olan Yaradanın amallarına sadiqliyə, şər və zoraklıq qüvvələri ilə, Tanrının insana bəxş etdiyi həyata qarşı hər cür qəsdlərlə qəti mübarizəyə çağırmışlar.
Dindarlar birgə ibadət zamanı Tanrıya dua etdilər ki, bəşəriyyət ədavətə, düşmənçiliyə qalib gəlsin, sülhə və həmrəyliyə nail olsun.
Hər üç dinin – müsəlman, xristian və yəhudi dinlərinin nümayəndələri Beslan faciəsindən zərər çəkənlərə yardım üçün vəsait toplanmasını təşkil etdilər.
Matəm mərasimində Azərbaycandakı dini icmaların başçıları, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Sonda şeyxülislam hacı Allahşükür Paşazadə jurnalistlərin suallarına cavab verdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu gün Dünya Keyfiyyət Günüdür
- [09:30]
Bu gün Konstitusiya Günüdür
- [08:00]
Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb
- 11.11.2026 [23:46]
ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib
- 11.11.2026 [23:29]
Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub
- 11.11.2026 [22:26]
Xudatda avtomobil yanaraq yararsız hala düşüb
- 11.11.2026 [21:22]
Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub
- 11.11.2026 [21:17]
Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər
- 11.11.2026 [20:42]
Bu saata olan əsas xəbərlər
- 11.11.2026 [20:00]
UNEC-in yeni rəsmi saytı təqdim olunub
- 11.11.2026 [19:55]
Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında
- 11.11.2026 [19:51]
GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar
- 11.11.2026 [19:35]
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
- 11.11.2026 [19:34]
Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb
- 11.11.2026 [19:33]
Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub
- 11.11.2026 [19:31]
Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib
- 11.11.2026 [19:18]
Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib
- 11.11.2026 [19:04]
Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib
- 11.11.2026 [18:45]