TƏZƏ MƏNZİLLƏR ALACAQLAR
Mingəçevirdə daha 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili ilin sonunadək təzə mənzil alacaqdır.
AZƏRTAC-ın müxbirinə bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına tikiləcək bina üçün Kür sahilində torpaq sahəsi ayrılmışdır. Yaxın günlərdə inşaat işlərinə başlanacaqdır.