TERRORİZMLƏ MÜBARİZƏ BARƏDƏ QANUN LAYİHƏSİ
Qanunvericilər Diyarbəkir şəhərində baş verən hadisələrdən sonra uşaqların taleyi və onların valideynlərinin hərəkətləri ilə əlaqədar təşvişə düşmüşlər. Martda orada kürdlərin kütləvi iğtişaşları olmuşdur. Terrorçuları dəstəkləmək üçün ucadan şüarlar söyləyən və polisləri daşa basan kütlənin önündə uşaqlar, yeniyetmələr gedir və öz yaşlı “yoldaşları” kimi, asayiş keşikçilərinə müqavimət göstərirdilər. Türkiyə qanunlarına görə isə 18 yaşınadək şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilməzlər.
Qanun layihəsi uşağının ekstremist aksiyalarda iştirakına icazə verən, yaxud onu qəsdən terrorizm yoluna yönəldən ata və ana üçün bir ildən beş ilədək həbs cəzası və 120-1200 dollaradək cərimə müəyyənləşdirir. Bundan əlavə, terrorçulara kömək göstərən və ekstremist əhvali-ruhiyyəni dəstəkləyən şəxslərə 7,5 ilədək həbs cəzası verilə bilər. Terrorçulara rəğbət bəsləyən ictimai və siyasi təşkilatlar böyük məbləğdə cərimə olunacaq və bağlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:10]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [17:26]