Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏQSİRKARLAR CƏZALANDIRILMIŞLAR

Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən AZƏRTAC-a bildirmişlər ki, 2004-cü il yanvarın 29-da Lənkəran şəhərindəki beşmərtəbəli yaşayış binasında 7 nəfərin ölümü, 28 sakinin müxtəlif dərəcəli bədən xəsarəti alması ilə nəticələnən qəza baş vermişdir.

Hadisənin səbəblərinin araşdırılması və onun nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

Qəza ilə əlaqədar yanvar ayının 30-da Lənkəran şəhərinə gəlmiş dövlətimizin başçısı İlham Əliyevin göstərişlərinə əsasən, yaşayış binasının sakinlərinin köçürülməsi, həlak olanların ailələrinə, yaralananlara, qəza nəticəsində maddi ziyan dəymiş şəxslərə kompensasiyaların ödənilməsi və digər təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilmişdir.

Hadisə ilə bağlı dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma), 222-1.2-ci (tikinti qaydalarını pozma) və 314. 2–ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılmış, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılmışdır.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, birbaşa xidməti vəzifələrinin icrasına səhlənkarlıqla yanaşan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Zakir Əhədov, icra başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri – şəhərin baş memarı Asəf Hüseynov və mənzil istismarı istehsalat-təmir müəssisəsinin rəisi Nicat Bağırov tərəfindən 2001-2003-cü illər və 2004-cü ilin yanvar ayı ərzində qanunvericiliyin tələbləri kobud surətdə pozularaq, mütəxəssislər dəvət edilməklə yaşayış binasının istismara yararlılıq vəziyyətinin öyrənilməsi və açıq–aşkar qəza vəziyyətində olan binanın təmiri üçün vaxtında zəruri tədbirlər görülməmişdir.

Həmiçinin bina sakinlərinin çoxsaylı kollektiv müraciətlərinə əhəmiyyət verilməmiş, uçma təhlükəsinin tam real olduğu 2003-cü ilin sonlarında sakinlərin təkidli tələblərinə baxmayaraq, onların köçürülməsi üçün heç bir iş görülməmişdir.

Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsi və “Azərdövlətlayihə” İstitutunun mütəxəssisləri tərəfindən ötən il noyabrın 22-də binaya baxış keçirilsə də, real vəziyyət tam öyrənilməmiş, binanın su ilə dolmuş zirzəmisi və bünövrəsi müayinə olunmadan formal akt tərtib edilmişdir. Nəticə etibarilə, binanın təmiri ilə əlaqədar həqiqəti əks etdirməyən layihə-smeta sənədləri hazırlanmış və sonradan həyata keçirilən təmir işlərinin gedişində isə sui-istifadə hallarına yol verilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, ötən il dekabrın 27-də Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin baş direktoru İlham Nəsirov vəzifə səlahiyyətlərindən şəxsi marağı naminə sui-istifadə edərək öz qardaşının adına təsis etdiyi, heç bir maddi-texniki bazaya və müvafiq ixtisaslı mütəxəssislərə malik olmayan Texniki Sənaye –Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətin müdiri Zeynal Şıxəliyev ilə həmin binada 64,5 milyon manatlıq təmir–tikinti işləri aparılması barədə müqavilə bağlamışdır. Bu yönümdə fəaliyyətə texniki nəzarətin həyata keçirilməsini isə həmin təşkilatın baş mühasibi və rəhbərlik etdiyi idarənin texniki nəzarətçisi olan qardaşı oğlu Vüsal Nəsirova həvalə etmişdir.

Zeynal Şıxəliyev və Vüsal Nəsirov tərəfindən bina sakinlərinin təhlükəsizliyinin təmini və onların köçürülməsi üçün lazımi tədbirlər görülmədən Bakı və Lənkəran şəhərlərindən müvafiq ixtisasa və təcrübəyə malik olmayan, təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimatlandırılmayan fəhlələr cəlb olunmuşlar. Cari il yanvarın 21-də isə təmir-tikinti işlərinə başlanılmış və məlum olduğu kimi, bundan 8 gün sonra – yanvarın 29-da təxminən saat 19.25-də binanın birinci bloku çökərək dağılmışdır. Qanun pozuntularına və vəzifə səhlənkarlığına yol verdiklərinə görə Baş Prokurorluğun təqdimatına əsasən, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri Zakir Əhədov, Mənzil Təmir Tikinti İstismar-İstehsalat Müəssisəsinin rəisi Nicat Bağırov və şəhər icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Asəf Hüseynov tutduqları vəzifələrdən azad edilmişlər.

Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin baş direktoru İlham Nəsirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2–ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Texniki Sənaye-Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Zeynal Şıxəliyev və həmin müəssisənin baş mühasibi, eyni zamanda, Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin texniki nəzarətçisi Vüsal Nəsirov isə Cinayət Məcəlləsinin 222.2–ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən ibtidai araşdırma davam etdirilir.

Qəzanın bütün xüsusatlarının araşdırılması və bunda təqsirkar olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib