“TƏMİZ HAVA AYLIĞI” DAVAM EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avtonəqliyyat müəssisələrində və avtomobil yollarında “Təmiz hava aylığı” devizi ilə reydlər keçirir. Məqsəd paytaxtın havasını çirkləndirən nəqliyyat vasitələrini müəyyən etmək, onların buraxdığı qazların miqdarını tənzimləmək, sürücüləri intizamlı olmağa, avtomaşınlara diqqəti artırmağa yönəltməkdir. Reydlər zamanı əsasən mühərrikdən atmosferə atılan - dəm qazı və tüstünün miqdarı yoxlanılır. Zərərli qazların miqdarı normadan artıq olduğu halda sürücülər İnzibati Məcəllənin müvafiq maddəsi ilə, protokol əsasında 27,5 min manatdan 44 min manata qədər cərimələnirlər. Tədbir avqustun sonunadək davam edəcəkdir.