“Təhsildə könüllülük” təşəbbüsünə start verilir
Bakı, 18 oktyabr, AZƏRTAC
“Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əməkdaşlığı ilə “Təhsildə könüllülük” təşəbbüsünə start verilir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təşəbbüs çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələrinin bağçalarda praktiki fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur.
Təşəbbüsün məqsədi sözügedən ixtisas üzrə təhsil alan tələbələri resurs imkanlarının məhdud olduğu məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb edərək onların sahəvi bilik və bacarıqlarını artırmaq, gələcək kadr hazırlığı prosesinə töhfə vermək, eləcə də ali və orta ixtisas təhsili müəssisələri ilə bağçaların əməkdaşlığını formalaşdırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:31]
Kimya İnstitutunda Zəfər Günü: Şəhidlərimizin xatirəsi yad edilib
- 06.11.2026 [17:53]
Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü
- 06.11.2026 [17:48]
DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da
- 06.11.2026 [17:39]
Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər
- 06.11.2026 [17:22]