TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ OLMUŞDUR
Nazirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, görüşdə nazir M. Mərdanov oktyabr ayında səlahiyyət müddəti başa çatan səfirə Azərbaycan təhsilinə göstərdiyi köməyə görə təşəkkürünü bildirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, səfir T.Fucivara respublikamızda 33 məktəb binasının tikilib istifadəyə verilməsinə yardım göstərmişdir.
Səfir Toşiyuki Fucivara ölkəsinin Azərbaycana gələcək yeni səfirinin də təhsilimizə kömək göstərəcəyinə əmin olduğunu söyləmişdir. O vurğulamışdır ki, təhsilə qayğı Yaponiya hökumətinin strategiyasında mühüm yer tutur.
Görüşdə Yaponiyanın maliyyə dəstəyi ilə ölkəmizdə inşa və təmir edilmiş məktəb binalarının açılışının birgə keçirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
İstehlak qiymətləri açıqlanıb
- [15:22]
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]