TƏDBİRLƏR PLANI HAZIRLANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Nəqliyyatın və Ticarətin İnkişafı üzrə Milli İşçi Qrupu tərəfindən Avrasiya nəqliyyat dəhlizinin gələcək inkişafı ilə bağlı təkliflər və 2005-2008-ci illər üçün tədbirlər planı hazırlanmışdır. Üç hissədən ibarət layihə 1998-2004-cü illər ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı Bakı şəhərində (1998-ci il sentyabr) Əsas Çoxtərəfli Saziş imzalandığı tarixdən indiyədək görülmüş işləri, nəqliyyat dəhlizinin inkişafı ilə bağlı təklifləri və 2008-ci ilədək nəzərdə tutulan tədbirlər planını əhatə edir. Hazırlanan layihə sənədi tranzit daşımaların həcminin artırılması ilə bağlı əlverişli şəraitin yaradılması, sərhəd prosedur qaydalarının sadələşdirilməsi və digər məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəd Nazirlər Kabinetinə təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [12:36]
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
- 17.11.2026 [12:11]
Vergi ödəyicilərinə mərkəzlərdə 752 mindən çox xidmət göstərilib
- 17.11.2026 [11:34]
Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur VİDEO
- 17.11.2026 [11:24]