TƏCRÜBƏLİ MÜTƏXƏSSİSLƏR YETİŞİR
Xəzərin neft yataqlarının birgə işlənməsinə dair beynəlxalq layihələr ölkəmizdə yüksəkixtisaslı təcrübəli kadrların yetişməsinə də kömək edir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, Star Qals şirkətinin briqadiri Yunis Sadıqov, ATA tikinti-quraşdırma sahəsinin mühəndisi İlkin Əliyev, SƏTƏM meneceri Rüfət Qaradağlı çalışdıqları sahələrdə zəngin təcrübə qazanmaqla yanaşı, işlərin daha etibarlı, ucuz, sürət və keyfiyyətlə görülməsi üçün layihələr də hazırlamışlar. Uğurla tətbiq edilmiş belə layihələrin müəllifləri mükafatlandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ