Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBABƏT YENİLİKLƏRİ

Adam yaşa dolduqca onun üzündə və bədənində qara ləkələr əmələ gələ bilər və çoxları bu ləkələri təmizləmək üçün əksər halda kosmetika cərrahlarına müraciət edirlər. Lakin bu xoşagəlməz təzahürlə mübarizənin başqa yolu da var. Bu, pəhriz saxlamaq yoludur. Hindistanlı həkim Manuhar bu barədə tövsiyələrini “Fyşn eyc” qəzetində dərc etdirmişdir. 

İllər ötdükcə insanın orqanizmində maddələr mübadiləsində dəyişikliklər baş verir və qaraciyər zəhərlərlə o qədər yüklənir ki, onların hamısını orqanizmdən çıxara bilmir. Bunun nəticəsində üzdə və bədəndə iri çillərə oxşayan açıq xurmayı rəngdə ləkələr əmələ gəlir. Ləkələr illərlə formalaşır və onlardan qurtarmaq üçün də vaxt lazımdır.

Bəs Manuhar hansı pəhrizi təklif edir? İlk növbədə, şirniyyatdan, kofeindən, alkoqollu içkilərdən, tütündən və keyfiyyətsiz yeməklərdən imtina etmək gərəkdir. Qızardılmış, qovrulmuş əti və ərinmiş yağda hazırlanmış məhsulları da az yemək məsləhət görülür, çünki çox qızdırılan xörək yağının tərkibində dəri üçün zərərli maddələr olur.

Dərinin sağlam saxlanması üçün pəhrizi meyvə-tərəvəzlə zənginləşdirmək və onları əsasən çiy halda yemək yaxşıdır. Orqanizmdə kaliumu artırmaq üçün müntəzəm olaraq banan, kartof, soya paxlası, balqabaq və ispanaq yemək tövsiyə edilir. Kök və manqo beta-karotinlə zəngindir.

Badamda, günəbaxan tumunda, araxisdə, fındıqda, habelə bitki və soya yağlarında orqanizm üçün çox gərəkli olan E vitamini var. E vitamini antioksidantdır, dərinin qocalmasını ləngidir və onun toxumalarının yenidən əmələ gəlməsinə kömək edir. Sitrus meyvələri, papayya və üzüm orqanizmi C vitamini ilə təmin edir. Dərinin sağlam olmasına sink də kömək edir ki, onun da mənbəyi heyvan və quş ətidir.

Manuhar gündə azı 10 stəkan su içməyi də məsləhət görür.

X X X

Gündə 8 saatdan çox yatan insan ömrünü gödəldə bilər. Amerika həkimlərinin apardıqları tədqiqatın nəticələri bunu sübut edir. Tədqiqatda ABŞ-ın 35 yaşdan 102 yaşadək olan bir milyondan çox sakini iştirak etmişdir.

İTAR-TASS-ın verdiyi xəbərə görə, San-Diyeqodakı Kaliforniya Universitetinin əməkdaşları altı il aparılmış eksperiment nəticəsində bu qənaətə gəlmişlər ki, insan gündə 5-7 saat yatmalıdır. 8 saatdan çox və ya əksinə, 4,5 saatdan az yatanlar arasında ölüm riski birdən-birə 15 faiz artır. Eksperimentin müəllifi, professor Deniel Kripkenin dediyinə görə, “gündə 5,6 və ya 7 saat yatan adamlar narahat olmaya bilərlər. İnsanın gündə məhz 8 saat yatmalı olduğunu sübut edən dəlillər yoxdur”.

Lakin yuxunun müddəti məsələsi barədə yekdil rəy mövcud deyildir. Kripkenin opponenti, Milli Yuxu Fondu adlı qeyri-hökumət təşkilatının prezidenti Ceyms Uolş tədqiqatın nəticələrinə tənqidi yanaşmağa çağırmışdır. Onun rəyincə, yaşlı adamın özünü doyunca yatmış, dincəlmiş və fəal hiss etməsi üçün gündə 7,5-8,5 saatlıq yuxu lazımdır.

X X X

Bir qrup Avropa və Cənubi Afrika alimi malyariya ilə mübarizə üçün təsirli vaksin hazırlamışdır.

Qrupun rəhbəri, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin doktoru Henri Vial təsdiq edir ki, Q25 adlanan yeni dərman əvvəlkilərdən qat-qat səmərəlidir. Hazırda işlədilən və xəstənin qanına keçən malyariya parazitlərinin fəaliyyətini ancaq zəiflədə bilən həblərdən fərqli olaraq, Q25 dərmanı onları iki günə tamamilə məhv edir. Onun dediyinə görə, yeni vaksin laboratoriya şəraitində meymunlarda sınaqdan çıxarılmış və yaxşı nəticələr əldə edilmişdir ki, bu da yaxın iki ildə ondan insanların müalicəsi üçün istifadə etməyə imkan verir. Yeni dərman inyeksiya yolu ilə, habelə həb kimi tətbiq edilə bilər.

H.Vial hesab edir ki, alimlərin bu yeni nailiyyətinin böyük əhəmiyyəti var, onun köməyi ilə malyariya kimi dəhşətli xəstəliyə qalib gəlmək mümkündür. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, malyariyadan hər il dünyada, əsasən Afrika və Cənubi Asiya ölkələrində təxminən 3 milyon insan ölür.

X X X

Siqaret çəkmək ziyandır, lakin onun ziyanlılıq dərəcəsi hamı üçün eyni deyildir. Amerikalı siqaretçəkənlərin bir qrupunu - ağdərililər, etnik çinliləri və Latın Amerikası ölkələrindən olanları müayinə etmiş Kaliforniya universitetinin alimləri bu nəticəyə gəlmişlər.

        Bu tədqiqatlar, ümumiyyətlə, Çin mənşəli amerikalılar,  xüsusən də siqaret çəkənlər arasında ağ ciyər xərçəngi xəstəliyinə tutulma hallarının  qat-qat az olmasının səbəbini müəyyənləşdirmək məqsədi ilə aparılmışdır. Kaliforniya həkimləri müəyyən etmişlər ki, Çin mənşəli adamların orqanizmi ağdərili siqaret çəkənin və Latın Amerikasından olan adamın orqanizminə nisbətən üçdə bir dəfə az nikotin mənimsəyir.

        Eyni zamanda, tütünə aludə olan ispandilli amerikalılar orta hesabla ağdərili adamlardan daha az siqaret çəkirlər, lakin onların orqanizmi daha çox nikotin mənimsəyir.

        Kaliforniya universitetinin həkimləri güman edirlər ki, onların əldə etdikləri nəticələr ilk növbədəinsanların siqaret çəkməkdən yaxa qurtarmasına kömək edəcək preparatlar istehsalçısı olan əczaçılıq şirkətlərini maraqlandırmalıdır. Onların fikrincə, əczaçılar siqareti atmaq arzusunda olan insanın irqi və etnik köklərini nəzərə alaraq dərman hazırlamaqla məşğul olmalıdırlar.

       

                                         X     X     X

 

        Afrika getdikcə daha çox QİÇS girdabına yuvarlanır. Bu təhlükəli xəstəliyin yayılmasının əsas səbəbi qitənin bir çox ölkələrində ardı-arası kəsilməyən silahlı münaqişələr, yoxsulluğun baş alıb getməsi, adi sanitar şəraitinin və tibbi yardımın olmamasıdır. Bu səbəblərə görə son on ildə afrikalıların ömrünün uzunluğu təxminən 15 il azalmışdır. Mütəxəssislərin proqnozlarına görə, 2005-ci ilə qədər afrikalıların çoxu 48 yaşınadək həyatla vidalaşacaq, Botsvana və Malavi kimi daha yoxsul ölkələrdə ömrün uzunluğu 40 ildən az olacaqdır.

        Afrika Birliyi Təşkilatının rəsmi nümayəndəsi Laugens Aqubuzu Afrika əhalisinin problemlərinə dair Efiopiyada keçirilmiş konfransda belə acınacaqlı proqnozla çıxış etmişdir. O demişdir ki, QİÇS-dən və digər xəstəliklərdən daha çox qadınlar və uşaqlar əzab çəkirlər. Belə ki, Malidə və bəzi digər ölkələrdə körpələrin ən azı 10 faizi doğulandan sonra ölür. 

X     X     X

 

        Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən “Tütünsüz Avropa uğrunda” beynəlxalq konfransda 51 dövlətin nümayəndələri, o cümlədən səhiyyə nazirləri  iştirak etmişlər.

        Polşanın səhiyyə naziri Mariuş Lapinski konfrans iştirakçılarına xəbər vermişdir ki, artıq bir neçə ildir ölkənin hökuməti siqaret çəkmə nəticəsində yaranan xəstəliklərlə mübarizədə yeni taktika həyata keçirir. Əgər 1960-70-ci illərlə təbabət bütün gücünü bu xəstəliklərin müalicəsinə yönəldirdisə, 90-cı illərin ortalarından etibarən əsas diqqət onların   səbəbləri ilə, yəni siqaret çəkməklə mübarizəyə yönəldilmişdir.

        DST-nin baş direktoru xanım Qru Harlem Brundtland forumdakı çıxışına bu sözlərlə başlamışdır: “Biz tütünlə müharibə aparırıq və hələlik bu müharibədə qalib gəlirik”. O, bu istiqamətdə Polşanın uğurlarını qeyd etmiş və Polşa hökumətinin siyasətini “çox sərt, Avropada ən sərt siyasətlərdən biri” kimi qiymətləndirmiş, məhz buna görə dəkonfrans Polşada keçirildiyini bildirmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı

QHT Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb

Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib