Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təbabət elminin nurlu mücəssəməsi

Təbabət elminin nurlu mücəssəməsi

Bakı, 6 aprel, AZƏRTAC

Uca Allahın yaratdığı gözəlliklərin, rəngarəng, füsunkar təbiətin, dahi rəssam və heykəltaraşların əsrlər boyu yaşayan sənət əsərlərinin mahiyyətini, əbədiliyini insan gözü olmadan qəbul etmək və qavramaq mümkün olmazdı. Görmə qabiliyyəti həyatın bütün çalarlarını bizə bəxş edən sehrli və ecazkar nemətdir. Gözün sağlamlığını qorumağa bütün həyatını həsr etmiş, görmə qabiliyyətini itirməkdə olan insanların son ümid, and yeri, dünya oftalmologiyasının tarixinə əbədi olaraq adı qızıl hərflərlə yazılmış dahi azərbaycanlı alim və həkim, yüksək həkim sənəti ilə paklıq və mənəviyyatın zirvəsini əbədi olaraq fəth etmiş akademik Zərifə xanım Əliyeva bəşər təbabətində sənətinin incəliyini bütün varlığı, Vətəninə və xalqına xidməti ilə sübut etmiş, özü bu incəliyin və gözəlliyin mücəssəməsi, tərənnümü olmuşdur.

Bu barədə Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski və Azərbaycan Tibb Universiteti İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Anar Abdullayevin AZƏRTAC-a təqdim etdikləri məqaləsində deyilir.

Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş məqalədə deyilir: “Xalqımız qürur və iftixarla bu dahi insanın, peşəkarlıq və humanizmin etalonu sayılan alim-həkimin anadan olmasının 100 illiyi ərəfəsindədir, elmi və tibbi müəssisələrdə tədbirlər, konfranslar keçirilir, akademik Zərifə xanım Əliyeva ilə bağlı xatirələr söylənilir, onun şərəfli həyat yolu ilə bağlı çıxışlar edilir. Zərifə xanımın - bütün həyatı insanlara nur bəxş etmək olan, ümumən nura boyanmış bir insanın zəngin irsi müasirlərimiz tərəfindən dərindən tədqiq olunur, bu irs tükənməzdir, onun əsərlərini, oftalmologiya elminin inkişafı istiqamətində bu incə xanımın - qüdrətli alimin novatorluğunun miqyası gələcək nəsillər tərəfindən daim öyrəniləcək. Hər bir yeni gələn oftalmoloqlar nəsli bu irsdən qanadlanacaqdır, oftalmologiyanın, dünya təbabətinin akademik Zərifə xanım Əliyeva zirvəsi əbədi olaraq yaşayacaq.

1923-cü ilin aprelin 28-də görkəmli dövlət xadimi, Azərbaycanda peşəkar və modern təbabətin qurulmasında əvəzolunmaz və müstəsna xidmətləri olan Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə xanımın taleyinə Ulu Tanrıdan müqəddəs missiyalar yazılmışdı və bu nəcib, kübar təbiətli, zərif bir xanım İlahidən ona verilmiş bütün vəzifələri şərəflə yerinə yetirdi. Sənət seçimində nəinki o çətin dövr, ümumiyyətlə, bütün dövrlər üçün ağır bir sahə olan oftalmologiyanı seçdi, insanlara nur bəxş etməyi peşəsinə çevirdi, böyük bir məktəb yaratdı, Azərbaycan oftalmologiyasını dünya səviyyəsinə qaldırdı. Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, ölkəmizin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda özünəməxsus peşəkarlıq və fədakarlıq ilə çalışan Zərifə xanım Əliyeva Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdimə İnstitutunda tibb elmləri doktoru, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəldi. Onun zəngin təcrübəsi, elmi uzaqgörənliyi müxtəlif sənaye sahələrində çalışan insanların görmə orqanı xəstəliklərinin fundamental tədqiqində, dərin təhlilə əsaslanmış əsərlərdə öz əksini tapdı. Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Вестник офтальмологии” kimi jurnalın redaksiya heyətinin üzvü, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatının laureatı kimi nüfuzlu adların arxasında vətənpərvər bir xanım qəlbi döyünürdü.

Bu zərif xanımın taleyinə Ulu Tanrı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı, əbədi dostu, ailə ocağının qoruyucusu, övladlarının gözəl anası olmağı yazmışdı. Vətənə, xalqa məhəbbət, zəngin, şanlı keçmişimizə ehtiram, milli adət-ənənələrimizin qorunub saxlanması və daha da inkişaf etməsi Azərbaycanımız üçün bu iki əziz şəxsiyyətin müqəddəs ittifaqının təməlini təşkil etmişdi. Xalqımızın əbədi səadəti və xoşbəxtliyi məhz bu insanların ittifaqında yarandı. Hər bir Azərbaycan vətəndaşı üçün gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinin mühüm olması, elmin, maarifin xalqın inkişafında rolu məhz bu ailənin timsalında təcəssüm etdi, pak, ülvi nümunəyə çevrildi. Xalqa məhəbbətin bu gözəl mühitində, mənəviyyat ocağında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyaya göz açdı və bəşər tarixinin ən qüdrətli sərkərdəsi kimi Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri sırasına çıxararaq torpaqlarımızı düşməndən azad etdi, “dəmir yumruğ”un gücünü bütün dünyaya göstərdi.

Amansız ölüm akademik Zərifə xanım Əliyevanı canından artıq sevdiyi ailəsindən, xalqından çox tez ayırdı. Lakin onun nurlu siması, hər zaman Azərbaycan üçün döyünən qəlbi nəsillərə hər zaman örnək, əsərləri, zəngin elmi irsi alimlərimiz və həkimlərimiz üçün tükənməz mənbədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da, hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib

Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Futbol formasından kitab ayırıcılarınadək... “Zumerlər” nəyi kolleksiya etməyi sevirlər? –  SORĞU

COP31-də ziyarətçilər 1926-cı və 2100-cü illərin iqlim şəraitini təcrübədən keçirirlər

Türk ekspert: 17 noyabr xalqın öz müqəddəratına sahib çıxmaq iradəsinin tarixə yazıldığı gündür

“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

Azərbaycanın yaşıl enerji potensialı Avropa ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır - ŞƏRH

“Sıfır Atık’” Fondunun sədri: Azərbaycan və Türkiyə COP31-də ortaq ekoloji təşəbbüslərlə çıxış edir

İşəgötürənlərin gender bərabərliyinin təmin olunmasında rolu müzakirə edilib

Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri

Britaniya İordan çayının qərb sahilində tikinti işlərində iştirak edən İsrail şirkətlərinə sanksiya tətbiq edib

Bakıdakı şadlıq saraylarında monitorinq: 47 obyektdən 41-də nöqsanlar aşkarlanıb

Bakı İqlim Fəaliyyəti Həftəsi qlobal İqlim Həftələri əməkdaşlığına qoşulub

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda inklüziv təhsilə dəstək məqsədli layihə uğurla tamamlanıb

Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin əsasını qoyur ŞƏRH

Şərq intibah poeziyasının Xaqanı - elmi-praktik konfrans

Qubada Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti mövzusu müzakirə olunacaq

Azərbaycanlı və almaniyalı tədqiqatçılar plastik çirklənmənin həlli yollarını araşdırıblar

“Azərpoçt”un adından istifadə edilməklə yeni fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® “Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb

Siyasi şərhçi: Azərbaycanın enerji və nəqliyyat sahəsindəki mövqeyi Avropa üçün strateji əhəmiyyət daşıyır

Narkotik asılılığı ilə mübarizədə ailənin rolu: İsmayıllıda valideynlərlə görüş təşkil olunub

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

Bu il 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Mərkəzi Bankın nümayəndələri İsveçrə Milli Bankındakı effektiv iş mexanizmlərini nəzərdən keçiriblər

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib VİDEO

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Dövlət rüsumlarının tətbiqi ilə bağlı qanunvericilikdə islahat: On doqquz sənədə dəyişiklik edilir

Beyin mərkəzləri Orta Dəhliz və Lapis Lazuli marşrutunun uzlaşdırılmasını müzakirə ediblər

“Azərpoçt” ötən il 90 milyondan çox maliyyə əməliyyatı həyata keçirib

"Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü ötüb

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Rusiya yanacaq təminatının sabitliyi üçün neft emalı zavodlarında təmiri sürətləndirir

“Azərpoçt”un fəaliyyətində süni intellekt və avtomatlaşdırmanın tətbiqi imkanları genişlənir

Poçt şəbəkələri Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışını asanlaşdıra bilər

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

“İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin Yuxarı Həddi”nin və “İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

UNEC süni intellekt üzrə regional mərkəzə çevrilməyi hədəfləyir

“İxrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın və “Müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

AQTA əməkdaşları üçün ətraf mühit və insan hüquqları ilə bağlı təlim təşkil olunub

Aqrar Sığorta Fondu mütəxəssisləri əməkdaşlığa dəvət edir – Bölgələrdə təlimlər başlayır

Əfqanıstan rəsmisi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycana səfər edib

“QS Dayanıqlılıq Reytinqi 2027”: UNEC liderdir

Tarixçi-alim: Azadlıq meydanında yüksələn üçrəngli bayraq milli dirçəlişimizin rəmzinə çevrilib

Əmək qanunvericiliyi müasir əmək bazarının reallıqlarına uyğunlaşdırılır

Anar Məcidov: Beynəlxalq poçt əməkdaşlığının dəyəri vətəndaş və biznes üçün yaratdığı real fayda ilə ölçülür – MÜSAHİBƏ

QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir

Xalqın dirçəlişi onun öz gücünə inanması ilə başlayır - ŞƏRH

Azərbaycan məktəbliləri piko-peyk hazırlayacaqlar

“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

Deputat: Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsinin təcəssümüdür ŞƏRH

“Reuters”: Kennedi ABŞ-də qızılcanın nəzarətsiz yayılmasına yol verib

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Mixail Malkin: Komanda hesabında ardıcıl üçüncü dəfə dünya çempionu olmaq böyük qürurdur

DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - büdcə layihəsi birinci oxunuşda təsdiqlənib

Bərpaçı: Tarixi eksponata hər müdaxilə onun taleyinə təsir edir

İKTA: İstehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanlar formalaşacaq

DSMF respublika üzrə birdəfəlik müavinətlərin ödənişini başa çatdırıb

Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub

Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər

567 nömrəli marşrutun avtobusları yenilənir

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı yeni investisiya imkanları yaradır - ŞƏRH

Efiopiya və Sudan arasında qarşılıqlı ittihamlar gərginliyi artırır

Daşkənddə dinlərarası tolerantlıq və ekstremizmə qarşı mübarizə məsələləri müzakirə olunub

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

COP-31 çərçivəsində D-8 ölkələrinin ətraf mühit üzrə yüksəksəviyyəli iclası keçirilib VİDEO

COP-31 çərçivəsində D-8 ölkələrinin ətraf mühit üzrə yüksəksəviyyəli iclası keçirilib VİDEO

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibələr başlanır

Aİ Komissiyası inflyasiya və yüksək enerji qiymətləri fonunda iqtisadi artım proqnozunu artırıb

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq VİDEO

Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq VİDEO

BMT: Cari ildə Sudanda mülki şəxslərin ölüm hallarının 75 faizinə PUA hücumları səbəb olub

Sergey Lavrov: Rusiya-ABŞ-Çin sammitinin gündəliyi formalaşdırılıb

Böyük Britaniya-Azərbaycan münasibətləri enerji tərəfdaşlığından geniş strateji əməkdaşlıq modelinə keçidi ifadə edir - ŞƏRH

Gəncə hakatonunun qalibləri NASA-da təcrübə keçəcəklər

BMU beynəlxalq təhsil imkanlarını Tbilisidə təqdim edib

Fintex sektorunda “SupTech” həllərinin tətbiqi genişləndiriləcək

Zəfəran mövsümü: yığımın optimal vaxtı və keyfiyyətə təsir edən amillər

Böyük Qayıdışın növbəti ünvanı – Cahangirbəyli: 20 ailə doğma yurduna qovuşdu

Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər saxlanılıb

Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi ilə Dövlət Agentliyi arasında təcrübə mübadiləsi aparılıb

Soltanlı kəndində daha 17 ailəyə evlərinin açarları təqdim olunub

Müstəqilliyə gedən yol necə başladı? VİDEO

Müstəqilliyə gedən yol necə başladı? VİDEO

® “Caspian Energy Club” üzvləri Naxçıvanda “Grand CEO Tour”da iştirak ediblər

Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırılıb