Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi yaşadan türkülər

AZƏRTAC türk xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 5 dekabr, AZƏRTAC

Rumeli Osmanlı İmperatorluğu zamanında XV əsrdən etibarən Balkan yarımadasının cənub hissəsinə verilən addır. Sözdəki “Rum” ifadəsi “Şərqi Roma İmperatorluğunun torpaqlarına daxil olan ərazilər və xalqlar” mənasını verir.

Osmanlılar Avropaya qədəm basandan sonra burada fəth etdikləri yerlərə Rumeli adını veriblər. Halbuki bu ad daha əvvəllər indiki Anadolu ərazilərində istifadə olunub, hətta Avropada orta əsrə aid mənbələrdə “Romanie” şəklində tərcümə edilib. Qərbə aid mənbələrdə isə “Peninsule romaine” şəklində göstərilib. Müasir dövrdə Avropa xəritə və kitablarında həmin yarımadanın adına “Turquie d'Europe” və ya “Empire Ottoman d'Europe” şəklində rast gəlinir və həmin ad sonralar türkcə nəşrlərdə müvafiq olaraq “Avrupa-i Osmani” və “Rumeli-i Şahane” kimi göstərilir.

Bu fikirlər AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyarın AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

Esterqon qalası türküsü. Tuna çayının sahilində bir təpə üzərində inşa edilən Esterqon şəhəri Slovakiyanın Şturovo (Osmanlılar zamanında Ciyərdələn) bölgəsi ilə Macarıstan-Slovakiya sərhədini yaradırdı. Hazırda şəhər Macarıstanın sərhədlərinə daxildir.

Esterqon Macarıstanın qədim şəhərlərindən biridir. X əsrdən XIII əsrin ortalarına qədər – Arpad xanədanı Kral IV. Bela zamanında paytaxtın Viseqrad və Buda elan olunmasına qədər Macarıstanın paytaxtı idi. Esterqon I Süleymanın 1529-cu ildə I Vyanaya səfəri zamanı qısa müddət ərzində, 1543-cü ildə isə Sultan Süleyman Qanuni zamanında uzun müddət Osmanlıların əlinə keçib. Bundan sonra Esterqon Osmanlı imperatorluğunun şimal-qərbi sərhədlərində çox əhəmiyyətli mərkəzlərdən birinə çevrilib. 1595-ci ildə almanların işğal etdiyi Esterqon Sokolluzadə Lala Mehmed Paşa tərəfindən yenidən Osmanlı torpaqlarına daxil edilib və 1683-cü il almanların yenidən həmin əraziləri işğal etməsinə qədər Osmanlı sancağı olaraq qalıb.

Həmin türkü döyüşlərdən birinin qələbə ilə nəticələnməsindən sonra söylənilib və indiyə qədər də sevilə-sevilə oxunur. Türkünün mətni tarixi hadisələrdən götürülüb.

Eğri qalası türküsü. Eğri qalası bugünkü Macarıstanın şimalındakı Eger bölgəsində yerləşən bir Osmanlı qalasıdır. Qala 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alındığı zaman göstərdiyi mücadilələrlə tarixə düşüb. Bu, qalanın ilk mühasirəsi idi və Osmanlı ordusu ağır itkilər verərək geri çəkilib. Daha sonra 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə III Mehmedin özünün də iştirak etdiyi qısa müddətli döyüşlə Osmanlıların əlinə keçdi. 80 il vilayət mərkəzi olan qala II Vyana mühasirəsinin uğursuzluqla nəticələnməsi və V Çarlz Loran Dükenin 1686-cı ildə Budini işğal etməsindən sonra 1687-ci ildə Habsburq ordusuna təslim oldu. Türküdə adı çəkilən Uyvar Macarıstanda əhəmiyyətli şəhərlərdən biridir. Şəhər ilk dəfə 1593-cü ildə Lala Mehmet Paşa tərəfindən Osmanlı torpaqlarına qatılıb.

İzvornik türküləri. İzvornik eli bugünkü Bosniya-Herseqovinanın sərhədlərində yerləşən Zvornik şəhərində qurulub. Osmanlı dövrünə aid bir yaşayış məskənidir. 1462-ci ildə Fatih Sultan Mehmet tərəfindən Zvornik fəth edildikdən sonra tikilib və Rumeli əyalətinə tabe edilib. Lakin Budin əyalətinin qurulmasından sonra onun tərkibində olan Səməndirə elinə bağlı bir yaşayış məskəninə çevrilib. Zvornik şəhəri Drina çayının şimal-şərq sahillərində, Serbiyaya aid Mali Zvornik adlanan hissəsi isə çayın qərb sahillərində yerləşir. Şəhər yüksək qaya üzərindədir, şəhərin ətrafı isə onlarla evdən ibarətdir.

Zvornikdən toplanmış türkülər xalqın şəhərin düşmənlər tərəfindən mühasirəyə alınması zamanı Bosniya bəylərbəyi və eyni zamanda Belqrad meşələrinin gözətçisi Numan Paşadan (1784-cü ildə vəfat edib) yardım gözləməsindən, yardıma gələn qüvvələrin xalqı xilas etməyindən və düşmənləri məğlubiyyətə uğratmasından bəhs edir. Eyni zamanda, türküdə şəhərdəki türbələrdən də bəhs edilir. Burada şəhərin müdafiə olunmasında övliyaların yardım etdiklərinə işarə olunur.

Niş türküləri. Serbiyanın Nişava çayı sahillərində yerləşən Niş şəhəri əhalisinin sayına görə, Serbiyanın Belqrad və Novi-Sada şəhərlərindən sonra üçüncü yeri tutur. Şəhərdən Mərkəzi Avropanı Gürcüstan və Türkiyə ilə birləşdirən əsas nəqliyyat yolu keçir.

Uzun illər Niş ticarət və hərbi mərkəz olub. Onun əlverişli coğrafi mövqeyi strateji əhəmiyyətli şəhər olmasına zəmin yaradıb, məhz ona görə də zaman-zaman böyük dövlətlərin diqqətini özünə cəlb edib. Şəhər bir neçə dəfə macarlar və avstriyalılar tərəfindən işğal olunub.

1386-cı ildə osmanlıların əlinə keçən Niş şəhəri 500 il ərzində onların hakimiyyəti altında qalıb. 1878-ci ildə Berlin müqaviləsinə əsasən, Niş şəhəri serblərə verilib. Həmin vaxtdan I və II Dünya müharibələrində qısamüddətli işğal zamanını çıxmaq şərti ilə şəhərə serblər nəzarət edirlər.

Niş türkülərində osmanlılar və avstriyalılar arasında şəhəri əldə saxlamaq üçün aparılan mücadilələrdən, şəhərin fəthi və işğalından bəhs edilir. Burada, eyni zamanda Rumeli bəylərbəyi Köprülüzadə Əhməd Paşanın düşmən əlinə keçən Nişi yenidən geri almasından bəhs edən türkülər də var.

Özi türküləri. Özi (Ukraynanın cənubunda yerləşən Oçakov şəhəri) qalası 1492-ci ildə Krım xanı Mengli Giray tərəfindən inşa edilib. Rusların Qara dənizə çıxışında strateji əhəmiyyətə sahib olan qala 1493-cü ildə ruslar tərəfindən işğal edilib, 1502-ci ildə isə osmanlıların nəzarətinə keçib.

Rusiya İmperiyasının Qara dənizə çıxmasına bir maneə kimi görünən şəhər 1737-ci ildə işğal olunub. Özi qalasının işğalı zamanı ruslar şəhər və qala əhalisini qətlə yetirib. Döyüşdə Osmanlı əsgərləri böyük itkilər verdi. İçərisində hərbi sursat olan bir binanın partladılması ilə 6 min əsgər ölüb. Həmin hadisədən sonra Osmanlı əsgərləri ağ bayraq qaldıraraq təslim oldular. Ancaq ruslar təslim qaydalarına uymayaraq şəhər əhalisini və Osmanlı əsgərlərini qətlə yetirdilər. Bu, elə böyük və amansız qətliam idi ki, çürümüş cəsədlərinin qoxusu rus ordusunu qaladan təxminən 25 kilometr (15 mil) geri çəkilməyə məcbur etdi.

1737-ci ildə Osmanlı İmperiyası ilə Krım xanlığı birlikdə qalanı mühasirəyə aldılar. Lakin yenidən ruslara məğlub olan osmanlılar geri çəkilməyə məcbur oldular. 1739-cu ildə Osmanlı İmperiyası qalanı yenidən mühasirəyə aldı. Ruslar yoluxucu xəstəliklər, ərzaq çatışmazlığı və verdikləri ağır itkilərə görə bu dəfə Osmanlı ordusuna məğlub oldu və qalanı tərk etdi. 1739-cu ildə Osmanlıların əlinə keçən qala 1787-1792-ci illərdə Osmanlı-rus müharibəsi zamanı ikinci dəfə ruslar tərəfindən işğal edildi. 1788-ci ildə 6 ay sürən mühasirədən sonra müharibədə ruslar qalib gəldi. 1792-ci ildə Yass (Rumıniya) müqaviləsinə əsasən, şəhər tamamilə ruslara verildi. 1855-ci ildə – Krım müharibəsi illərində şəhərə bir müddət ingilislər və fransızlar nəzarət ediblər. Özi şəhəri 1917-1921-ci illərdə Ukrayna Xalq Respublikasının tərkibinə daxil olub, II Dünya müharibəsi zamanı 1941-1944-cü illərdə Rumıniyanın işğalına məruz qalıb. SSRİ dağılandan sonra şəhər yenidən Ukraynanın nəzarəti altına keçib.

Türkülərin böyük əksəriyyəti “1737-ci ildə Osmanlı-rus müharibəsində Özi qalasının və əsir düşən əsgərlərin ağır vəziyyətini dilə gətirir.

Plevne qalası türküləri (Osman paşa türküləri). Plevne əhalisinin sıxlığına görə Bolqarıstanın yeddinci şəhəridir. İndiki Nikolayevo bölgəsində trakyalılara aid olduğu bilinən çoxlu sayda xəzinə aşkar edilib. Plevne bir çox mədəni və tarixi abidələrlə zəngindir. Şəhər “93 hərbi”ndə (1877-1878-ci illər Osmanlı-rus müharibəsi. Həmin tarix Rum təqviminə görə, 1293-cü ilə təsadüf etdiyindən Osmanlı tarixində 93 hərbi olaraq bilinir) böyük strateji əhəmiyyətə malik olduğundan burada həmin döyüşlə bağlı 200-dən çox abidə var. Çox ağır döyüşlərin meydanı olan Plevne qalasının müdafiəsi Osman paşanın qəhrəmanlığı və şücaəti ilə bağlıdır. Plevne qalası ilə bağlı toplanan bütün folklor nümunələrində Osman paşanın adı çəkilir.

Varna qalası türküsü. VI əsrdə yunan müstəmləkəsi kimi tanınan Odesos şəhərinin adına XII əsrə aid tarixi mənbələrdə Varna şəhəri kimi rast gəlirik. Bolqarıstanın ikinci böyük şəhəri olan Varna əhəmiyyətli nəqliyyat yolu olmaqla yanaşı, ölkənin iri mədəniyyət mərkəzlərindən biridir. Varna, eyni zamanda Bolqarıstanın Qafqaz, Poti, Batumi və İstanbulu birləşdirən ən böyük liman şəhəridir.

Qara dəniz sahillərində Odesos qalası (sonradan Varna qalası adlandırılıb) Miletdən gələn yunanlar tərəfindən e.ə. VII əsrdə tikilib.

1391-ci ildə Osmanlı əsgərlərinin nəzarətinə keçdikdən sonra əlverişli şəraitinə görə qala hərbi-strateji əhəmiyyətli bölgəyə çevrilib. 1444-cü ildə Varna Polşa kralı III Vladislavın ordusu ilə Sultan II Muradın ordusu arasındakı qanlı döyüşə səhnə olub. Həmin döyüşdə polyaklar ağır məğlubiyyətə uğrayıb, kral III Vladislav isə həlak olub. 1606-cı ildə Osmanlı torpaqlarına daxil olan Varnanı Saqaydaçların (ukraynalılara mənsub zadəgan ailəsi) rəhbərliyi ilə Ukrayna kazakları ələ keçirib. Onlar türklərdən 180 mindən çox qızıl və s. qənimət əldə ediblər. Ukrayna xalqının dilində həmin döyüşü əks etdirən qəhrəmanlıq nəğmələri də var.

1768-1774-cü ildə rus-türk müharibəsi zamanı rusların şəhəri ələ keçirmək cəhdi boşa çıxıb. Rus ordusu geri çəkilərkən 700 ölü və yaralı əsgər, altı yüngül silah bazasını itirib. 1828-1829-cu illərdəki rus-türk müharibəsində isə Varna ruslar tərəfindən uzun müddət mühasirədə qalıb. Dənizdən və qurudan mühasirəyə alınan Varna rusların əlinə keçib və onlar 9 min varnalını əsir götürüblər. Krım müharibəsi zamanı şəhər Böyük Britaniya və Fransa əsgərləri tərəfindən işğal olunub. Minilliklər boyu türklərə aid olan Varna torpaqları 1878-ci ildə ruslar tərəfindən yenidən işğal olunaraq Bolqarıstana tabe edilib. Tarix boyu həmin torpaqlarda “mühüm bir Türk nüfuzu” vardı.

 

 

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı

QHT Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhd qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb

Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

DİM-də şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə Zəfər Günü qeyd olunub

Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər

Azərbaycan muzeylərinin nadir eksponatları: Dəniz dibinin xüsusiyyətlərini müəyyən edən diplot

Astaranın iki kəndində içməli su layihəsi həyata keçirilib

DİM qazilərin və şəhid ailələrinin övladlarının təhsilinə dəstək göstərir

Ekspert: Zəngilan Aqroparkı azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına töhfə verəcək

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləş-mob keçiriblər VİDEO

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləş-mob keçiriblər VİDEO

Azərbaycanın tarixi Zəfəri milli ləyaqətimizin və suverenliyimizin bərpasıdır ŞƏRH

Təqsirləndirilən daha iki şəxs Azərbaycana ekstradisiya edilib