Tanınmış naşir məktəblilərlə görüşəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da paytaxtdakı 214 nömrəli tam orta məktəbdə “Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı yazıçı, tərcüməçi, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu olacaq.
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, mütaliənin üstünlükləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:31]
Kimya İnstitutunda Zəfər Günü: Şəhidlərimizin xatirəsi yad edilib
- 06.11.2026 [17:53]
Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü
- 06.11.2026 [17:48]
DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da
- 06.11.2026 [17:39]
Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər
- 06.11.2026 [17:22]