TACİKİSTANDA HƏCCƏ GETMƏK QAYDALARI SƏRTLƏŞDİRİLİR
Tacikistanda həccin təşkili ilə onlarca özəl firmanın və hətta ayrı-ayrı adamların məşğul olduqları ötən illərdən fərqli olaraq, bu il həcc ziyarətinə zəvvarlar ancaq dövlət aviareysləri ilə gedəcəklər. Bütün bu və digər tədbirlər keçən ilki vəziyyətin bir daha təkrar olunmaması üçün görülür. Ötən il həccin təşkilindəki nizamsızlığa, zəvvarların gəlməsi müddətləri barədə Səudiyyə Ərəbistanının müvafiq idarələrinə vaxtında məlumat verilmədiyinə görə tacik zəvvarların çox sayda uşaq və yeniyetmələri günlərlə Ər-Riyad hava limanında gecələməli olmuşlar. Nəticədə, yemək və su sarıdan problemlər yaranmışdı.
Tacikistan Müftiliyi bildirmişdir ki, məhdudiyyət tədbirləri və yüksək qiymətlər (1800 dollardan artıq) həccə getmək istəyənlərin sayına təsir göstərməmişdir. Əgər keçən il onlar 6 min nəfər idisə, bu il zəvvarların sayının daha çox olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]