Şüvəlanda dənizdə batan gəncin axtarışları davam etdirilir
Bakı, 14 iyul, AZƏRTAC
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışlar nazirliyin Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.