Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşanın yolları

Bakı, 16 dekabr, AZƏRTAC

Şuşaya ən qədim gediş-gəliş yollarının tarixi, şübhəsiz ki, qalanın bünövrəsinin qoyulması ilə başlayır. O dövrün daşlı-kəsəkli cığırları, araba, piyada, köç, karvan yolları şəhərə gedən bugünkü şose yolların ilkin forması olmuş, müxtəlif tarixi mərhələlər keçərək insanların və yüklərin daşınması üçün əsas vasitəyə çevrilmişdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin Şuşa yolları haqqında yazdığı məqalədə deyilir. Məqaləni təqdim edirik.

Şuşa qalasının salındığı ilk dövrlərdə Qarabağ xanlığının ərazisində yalnız primitiv yükdaşımalar həyata keçirilən yollar vardı və əsas nəqliyyat vasitələri at, qatır, uzunqulaq və dəvə idi. Bu yolların vəziyyəti heç də yaxşı deyildi. Hündür təpələrdən, dərin uçurumlu dərələrdən, buzlu aşırımlardan, qarlı dağlardan, qayalarda böyük çətinliklə və zəhmətlə oyulan dar dağ cığırlarından keçən yolların demək olar ki, hamısı qış vaxtı dumanlı-çiskinli olduğundan keçilməz yerlərə çevrilirdi. Olduqca əyri-üyrü, sərt və dik yoxuşları təxminən hər kilometrdən bir kələ-kötür enişlər əvəz edirdi. Ona görə də həmin yollardan gəlib-keçənlərin həyatı daim təhlükə qarşısında qalırdı. Onlar həm də çoxlu enerji sərf edir, vaxt itirir, bəzən də hansısa bir təsadüfi qəzanın qurbanı olurdular. Eyni zamanda, bu nahamar yollar nəqliyyat vasitələrini də əldən salır, sıradan çıxarırdı. Şuşaya gedən yolların bu xoşagəlməz vəziyyəti xanlığın ayrı-ayrı yaşayış məntəqələri, eyni zamanda, qonşu iri ticarət şəhərləri arasında əlaqəni zəiflədirdi. Bütün bunlar Şuşanın yolları üçün xarakterik hal idi. Digər tərəfdən də dağlıq şərait yeni yolların çəkilişini çətinləşdirir və ləngidirdi.

XVIII yüzilliyin axırlarına qədər Şuşa yollarının mənzərəsi belə idi. Həmin dövrdə Qarabağ paytaxtının getdikcə böyüməsi və burada ticarətin sürətlə inkişafı ilə əlaqədar Şuşaya bir çox nəqliyyat yollarının çəkilişinə başlanılmışdı. İlk və böyük torpaq yolu Gəncə xanlığı istiqamətində gedən “Kəhrat yolu” idi. Şuşanın şimal-şərq tərəfindən - “Kəhər atın yoxuşu” adlanan hissəsindən, daha doğrusu, “Kəhrat yarğanı”ndan, yaxud “Kəhrad dərəsi”ndən keçən bu kəsə torpaq yolu dağ-daş, qayalar çapılaraq çəkilmişdi. Buradan, əsasən, tacir karvanları, arabalar, faytonlar keçib gedirdi. Həmin dövrlərdə Qarqar çayı üzərindəki Ağa körpüsü, malıbəyli körpüsü, Xaçın, Tərtər çayları üstündəki körpülər də bu işə xidmət edirdi. Artıq qalaya gediş-gəliş üçün dörd əsas yoldan istifadə edilirdi. Onlardan biri Gorus kəndi vasitəsilə Naxçıvana, oradan da dağlıq yerlərdən keçib haçalanaraq Ordubada və İrəvana dönürdü. Bu yol da o qədər abad deyildi. Aran istiqamətində gedən digər üç yol isə nisbətən rahat idi. Biri Şuşadan Gəncəyə, ikincisi Kür çayını keçərək Şəkiyə, üçüncüsü isə Xudafərin körpüsü vasitəsilə İrana və daha uzaqlara gedirdi. Tiflisdən Naxçıvana və Təbrizə ən yaxın yol da Qarabağdan keçir və bu da ticarət əlaqələrinin asanlaşmasına geniş imkan yaradırdı. Şuşalı tacirlər mallarını Arazın o tayına və oradan digər ölkələrə aparmaq üçün əsasən Xudafərin körpüsünə qədər uzanıb gedən “Molla Nəsrəddin yolu”ndan istifadə edirdilər. Bu yol Araz çayı yaxınlığındakı eyniadlı körpünün adı ilə adlandırılırdı. Uzunluğu təxminən 60 kilometr olan “Molla Nəsrəddin yolu” Araz çayına qədər meşələrin arası ilə gedən kəsə karvan yolu idi və Yaxın Şərqin nəhəng ticarət yoluna çıxırdı. Həmin illərdə Şuşa artıq Qarabağdan keçən beynəlxalq ticarət yollarının birləşdiyi əsas nəqliyyat qovşaqlarından birinə çevrilmişdi.

1805-ci il may ayının 14-də Rusiya imperiyası ilə Qarabağ xanlığı arasında bağlanılmış Kürəkçay müqaviləsində Şuşa-Gəncə yolunun əsaslı surətdə təmir olunması nəzərdə tutulurdu. Müqavilənin 6-cı maddəsində Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin öz üzərinə götürdüyü öhdəlikdə deyilirdi: “Şuşa qalasının Yelizavetpol tərəfdən yoxuşunu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verməlidir”. Qarabağ xanı öhdəliklərini yerinə yetirdi və onun faciəli qətli bu işləri bir müddət yarımçıq qoydu. Lakin Şuşaya gedən-gələn yollar, xüsusilə Gəncə magistralı vaxt keçdikcə dövrün tələblərinə uyğun olaraq dəfələrlə təmir edildi. Xeyli hissəsi genişləndirildi, yolun keyfiyyəti yaxşılaşdırıldı və hərəkət xeyli asanlaşdı. Sovet hakimiyyəti dövründə həmin yola asfalt döşəndi və nəqliyyatın inkişafına böyük şərait yaradıldı.

Şuşaya gedən karvan yollarının üstündə körpülərin salınması Qarabağda geniş yollar şəbəkəsinin yaranmasına səbəb oldu.

Şuşaya çəkilən sonuncu magistral “Zəfər yolu”dur. Hacıqabul-Horadiz, Ağbənd-Zəngəzur magistral avtomobil yolunun 149-cu kilometrliyindəki Əhmədbəyli kəndində başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndindən, Çaxmaq meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101,9 kilometrdir. İki hərəkət zolağından ibarət olan yol 2021-ci il oktyabrın axırlarında istifadəyə verilib.

Şuşaya ikinci avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrliyindən başlayır. Uzunluğu 81,6 kilometrdir, dörd-altı hərəkət zolağı var. Yol üzərində körpü və tunellər çəkilməsi nəticəsində yüksək sürət təmin olunacaq və “Zəfər yolu” ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Misir və Fransa Aralıq dənizində birgə hərbi təlimlərə başlayıb

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib

Dadaş Məmmədov: İncəsənət protokolsuz ünsiyyətə imkan yaradır və mədəniyyətləri yaxınlaşdırır

Böyük Britaniyada tələbələr ilk qazıntılarında Roma dövrünə aid xəzinə aşkarlayıblar

Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib

Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Ağdama köçürülmüş sakinlərin 2640-dan çoxu məşğulluq tədbirlərinə cəlb edilib - EKSKLÜZİV

Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi - yazıçı

“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib

AzTU-ya QS dünya reytinqindəki mövqeyinə görə sertifikat təqdim edilib

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb

Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub

BMT Məhkəməsi Myanmanı rohincalara qarşı soyqırımı törətməkdə məsuliyyətli hesab edib

Naxçıvan Kukla Teatrı ilə Çine Belediyesi Kültür Merkezi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş məşqçi: Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

Ədəbiyyat Muzeyində Lətif Kərimovun 120 illik yubileyi qeyd olunub

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Daha bir şirkət Ağdam Sənaye Parkının rezidenti olub

Ramiz Məmmədov: Şükürlər olsun ki, yenidən Xankəndidə futbol matçı keçirildi

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumatlandırılıb

Elşən Rüstəmov: “İvan İliçin ölümü” teatrın repertuarında layiqli yer tutacaq

Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqlar regionda davamlı sülh üçün zəmin yaradır ŞƏRH

Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıb

FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq

Pan-Avropa Regional Şurasının iclasında Azərbaycandakı sosial-iqtisadi islahatlar barədə məlumat verilib

Deputat: Gələn ilin sosial müdafiə və səhiyyə xərcləri əhalinin rifahına yönələcək

“Azərişıq” elektroenergetika sektorundakı nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

COP31-də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

UN-Habitat-ın nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə gəlirlərinin 510 milyon manat təsdiq edilməsi nəzərdə tutulub

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Nigar Camalova: Tarixi və etnoloji tədqiqatlarda süni intellektin tətbiqi üçün yeddi mərhələli metodika təklif edilib - MÜSAHİBƏ

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

Zəfərdən quruculuğa: Böyük Qayıdışın konturları - ŞƏRH

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb

Bakıda Avstriya günləri

Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

Liderlərin üçtərəfli görüşü: Geosiyasi hesablamalar və Ukraynanın gələcəyi - TƏHLİL

Yusif Tapdıqlı: İstehlakçı müraciətlərinin əksəriyyəti qüsurlu malların satışı ilə bağlıdır

® Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlıq mövzusunda maarifləndirici təlim təşkil edilib

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır

İcraçı direktor: Biznes biliklərinin adaptasiyası və texnologiyaya transformasiyası çox önəmlidir

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb

Qırğızıstan və Türkmənistan Azərbaycandan Avropaya uzanan marşrutun perspektivlərini müzakirə edib

Şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimatı olub

Qida subyektlərinin əməkdaşları üçün HACCP təlimi keçirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kerç körpüsünün dəmir yolu xəttinin zədələndiyini təsdiqləyib

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş cinayətlərin 189-u qrup halında törədilib

Avropa İttifaqı İndoneziya ilə iki ticarət və investisiya sazişi imzalayır

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsaslı dəyişikliklər ediləcək

Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib

Məhdudiyyətləri aşan yaradıcılıq: Ülkər Ayçiçəyin kitabı təqdim olunub

Yanvar-sentyabr ayları ərzində elektron satınalmanın məbləği 3 milyard manatı ötüb

Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub

Londonda 265 minədək ictimai nəqliyyat istifadəçisinin şəxsi məlumatları oğurlanıb

Aİ nümayəndəsi: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdiririk

Hindistanda siklon təhlükəsi: 80 mindən çox insan təxliyə edilib

“Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitabı nəşr edilib

Səudiyyə Ərəbistanı Azərbaycanla əlyazmalar sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Hacettepe Universitetinin Simfonik Orkestri “Nizami” simfoniyasını ifa edib

Putin Si Cinpin və Trampla üçtərəfli görüşlərin davam etdirilməsinə çağırıb

Stanford Universitetində azərbaycanlı IT və süni intellekt mütəxəssislərinin forumu təşkil edilib

Daha bir bank olmayan kredit təşkilatına lisenziya verilib

İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Riyaziyyat fənni üzrə kurikulum və dərsliklər yenilənir

Xankəndi stadionunda keçirilən oyunda topa ilk toxunuşu şəhid övladı edib

Vətəndaşlar arterial hipertenziya ilə bağlı 26 adda dərman preparatını icbari tibbi sığorta hesabına əldə edəcəklər

Azərbaycan və Sudan mərkəzi bankları gələcək əməkdaşlıq imkanlarını dəyərləndirib

İtaliyada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq

“Sumqayıt” stansiyası indiyədək 51 milyard kilovat/saat elektrik enerjisi istehsal edib

Azərbaycanda 40 radiotezlik kanalının ayrılmasına qərar verilib

Özəl tibb müəssisələri üçün icbari tibbi sığorta müraciətləri elektron qaydada qəbul olunacaq