SÜRÜCÜLƏRİN VƏ SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!
Bakı Şəhər İcra Hakimiyyəti sürücülərin və sərnişinlərin nəzərinə çatdırır ki, Bakı şəhərindəki Xocəsən yolunun təmirinin başa çatması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi ilə əldə olunmuş razılığa əsasən 2004-cü il iyulun 12-dən cənub rayonlardan şəhərə daxil olan sərnişin avtobuslarının avtovağzala girişi və çıxışı Lökbatan dairəsi-Xocəsən yolu ilə müəyyənləşdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti