SÜRÜCÜLƏRİN QƏNİMİ OLAN SOYĞUNÇU YAXALANMIŞDIR
Bakı, 24 noyabr (AZƏRTAC). Binəqədi rayonundakı Z.Bünyadov küçəsində naməlum şəxs Bakı şəhər sakini Rasim Raqibovun idarə etdiyi “Tofaş” markalı avtomaşına oturub 7-ci mikrorayona gedəcəyini bildirmişdir. Mənzil başına çatanda sürücünü bıçaqla hədələyərək ondan 5 manat almışdır.
Hadisəni törətmiş Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sənur Məmmədov Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Əməliyyat tədbirləri nəticəsində onun 7-ci mikrorayon ərazisində “VAZ-2107” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Bəhmən Mahmudovu da bıçaqla hədələyərək 2 manatını, sürücülük vəsiqəsini və pul kisəsini aldığı müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktla əlaqədar araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]