Suraxanıda “Yaşıl marafon” davam edir
Bakı, 25 noyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında olan Suraxanı Rayon İcra Hakimiyyəti qəsəbələrdə ağacəkmə mərhələsini davam etdirir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, növbəti kütləvi ağacəkmə aksiyası noyabrın 24-də Əmircan-Qaraçuxur yolunun ətrafında keçirilib. Həmin ərazidə müvafiq təmizləmə, abadlıq işləri görülüb.
Ağacəkmə aksiyasında 150 nəfərin iştirakı ilə 300 ədəd kiparis ağacı əkilib.
Getdikcə daha geniş vüsət alan bu aksiyalar nəticəsində rayonun ərazisi abadlaşır, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.
Mövsümün sonunadək rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [16:27]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.11.2026 [15:09]
Yaxın iki günün hava proqnozu açıqlanıb
- 16.11.2026 [10:30]
Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA
- 15.11.2026 [19:16]
Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
- 15.11.2026 [12:56]