Sumqayıtda yaşıllıqların sahəsi genişlənir
Sumqayıt, 4 fevral (AZƏRTAC). İlin əvvəlindən Sumqayıtda 3 minə yaxın ağac əkilmişdir. Şəhərin Sülh və 20 Yanvar küçələrini təzə əkilmiş ağaclar bəzəyir. Sumqayıtın girəcəyindəki yaşıllıq zolağında və 5-ci mikrorayonda da çoxlu ağac əkilmişdir. Sumqayıt sakinlərinin sevimli istirahət yeri olan Nəsimi adına Mədəniyyət və İstirahət Parkında da ağaclar və kollar əkilmişdir.
Sumqayıt icra hakimiyyətindən bildirmişlər ki, yaşıllıqlara daim aqrotexniki qulluq edilir. Dekorativ qutularda əkilmiş 300-dən çox palma ağacı şəhərə yaraşıq verir. Qış mövsümündə onlar xüsusi anbarlarda saxlanılır.
Statistikaya görə, Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi ümumrespublika göstəricisindən çoxdur və 26,5 kvadratmetr təşkil edir. Şəhərin hakimiyyət orqanları bu rəqəmi 50 kvadratmetrə çatdırmaq niyyətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:14]
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub
- 06.11.2026 [16:15]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 06.11.2026 [15:54]
Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
- 06.11.2026 [12:30]
Sabah hava yağıntılı olacaq
- 06.11.2026 [10:41]
Dağlıq ərazilərə qar yağıb, hazırda bəzi yerlərdə duman müşahidə olunur
- 04.11.2026 [17:22]