Sumqayıtda ticarət obyektlərində monitorinq keçirilib
Sumqayıt, 10 yanvar, AZƏRTAC
Qida təhlükəsizliyi müfəttişləri Sumqayıtda fəaliyyət göstərən ticarət obyektlərində monitorinq keçiriblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Yoxlama zamanı şəhərin H.Z.Tağıyev qəsəbəsində yerləşən “2 Qardaş” marketdə qida təhlükəsizliyinin qeydiyyatına dair çıxarışın olmaması, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, ev şəraitində hazırlanan məhsulların və Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsanlar aşkarlanıb.
Qeyd olunan pozuntularla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [11:34]
Astarada avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- 17.11.2026 [11:32]
Xocalıda yeni tut bağları salınıb FOTOLAR
- 17.11.2026 [11:10]
Ordubadda baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb
- 17.11.2026 [10:18]
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
- 17.11.2026 [00:56]
Şabranda yük maşını minik avtomobili ilə toqquşub, iki nəfər xəsarət alıb
- 16.11.2026 [21:19]
Biləsuvarda VI Hind quşu festivalı təşkil olunacaq
- 16.11.2026 [21:07]