Sumqayıtda qətl hadisəsi baş vermişdir
Bakı, 10 iyun (AZƏRTAC). Sumqayıt şəhərində qətl hadisəsi törədilmişdir. Hadisə yerindən qaçmış cinayətkar yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Camalov Namiq Səfərəliyevi bıçaqla qətlə yetirmişdir.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Camalov yaxalanmışdır.
C.Camalovun mənzilinə baxış zamanı 1 bıçaq, 1 qumbara, 2 güllə götürülmüşdür.
Abşeron rayonunun Masazır qəsəbəsində isə Zaqatala rayon sakini Aslan Daşdəmirov münaqişə zəminində həmyerlisi Eldar Məmmədova bıçaqla xəsarət yetirmişdir.
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Daşdəmirov saxlanılmışdır.
Hər iki faktla bağlı cinayət işi başlanmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
® ABB DAVR-a lisenziya verildi
- [10:48]
Qarakənd faciəsindən 35 il ötür
- [08:00]
Tramp İranla bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib
- 19.11.2026 [23:55]
Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub
- 19.11.2026 [22:34]
Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib
- 19.11.2026 [22:21]
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
- 19.11.2026 [21:59]