SUMQAYITDA QƏTL HADİSƏSİ BAŞ VERMİŞDİR
Bakı, 30 noyabr (AZƏRTAC). Sumqayıt şəhərində qətl hadisəsi baş vermişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, şəhər sakini Mehman Vazehi sərxoş halda, bıçaq yarası ilə 16-cı mikrorayon ərazisindəki kirayədə yaşadığı evə gəlmiş və orada ölmüşdür.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, M.Vazehi 5-ci mikrorayonda yaşayan tanışı Yelena Şıxəliyevanın evində olarkən aralarında münaqişə baş vermiş və ev sahibəsi tərəfindən bıçaqlanmışdır. Y.Şıxəliyeva tutulmuşdur.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]