Sumqayıtda mağazada yanğın olub
Bakı, 2 fevral, AZƏRTAC
Sumqayıt şəhərində ümumi sahəsi 300 kvadratmetr olan dəmir konstruksiyadan ibarət mağazanın taxta atmaları, içərisində taxta və plastmas taralara yığılan meyvə-tərəvəz məhsulları 250 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin ön farası və buferi əriyib. Mağazanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [18:02]
AQTA-da uşaqlar üçün əyləncəli və maarifləndirici gün
- 18.11.2026 [17:40]
Almaniyanın XİN rəhbəri Bakıda yəhudi icmasının sinaqoqunu ziyarət edib
- 18.11.2026 [16:12]
Bakının ruhunu yaşadan memarlıq inciləri - FOTOREPORTAJ
- 18.11.2026 [15:46]