Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib
Bakı, 31 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Xəsarət alan olmayıb.
Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.11.2026 [17:58]
Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb
- 15.11.2026 [14:26]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 15.11.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
- 14.11.2026 [23:25]
Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH
- 14.11.2026 [22:57]
Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər
- 14.11.2026 [22:15]
Antalyada Türkiyənin İqlim Məktəbi açılıb
- 14.11.2026 [21:44]
Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb
- 14.11.2026 [21:01]
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir
- 14.11.2026 [20:21]
Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər
- 14.11.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 14.11.2026 [20:00]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:30]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [19:07]
Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- 14.11.2026 [18:48]
Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb
- 14.11.2026 [17:30]