Sumqayıtda avtomobil yanıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Sumqayıtda minik avtomobilində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə şəhərin Nəriman Nərimanov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [17:51]
“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb
- 06.11.2026 [17:49]
Şəhd qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim
- 06.11.2026 [17:49]
“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb
- 06.11.2026 [17:44]
"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək
- 06.11.2026 [17:22]