Sumqayıtda avtomobil qaçırılmışdır
Sumqayıt, 2 dekabr (AZƏRTAC). Sumqayıt polisi şəhərin 4-cü məhəlləsi ərazisindən qaçırılmış avtomobili axtarır. Sumqayıt şəhər Polis İdarəsinin növbətçi hissəsindən bildirmişlər ki, hadisə barədə məlumat 102 xidmətinə dekabrın 1-də axşam saat 20.25-də daxil olmuşdur.
Xəbər verildiyi kimi, 1991-ci ildə istehsal olunmuş VAZ-2109 markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılmışdır. Sahibinin dediyinə görə avtomobil şəhərin mərkəzində Nizami küçəsindəki 30 nömrəli evin yaxınlığında saxlanmışdı.
Baş vermiş hadisə ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 4-cü bölməsində təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]