Sumqayıt uşaq incəsənət məktəbinin uğuru
Sumqayıt, 12 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan şəhər S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin dörd şagirdi Qazaxıstanda təşkil edilən beynəlxalq müsabiqədə laureat adını qazanıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin fortepiano şöbəsinin şagirdləri Sevinc Atakişiyeva, Məryəm Əliyeva, Ləman Əlizadə və Fidan Balamiyeva Nur-Sultan şəhərində onlayn formatında keçirilən vokal-instrumental müsabiqəsində 2-ci dərəcəli diploma layiq görülüblər. Laureatları müsabiqəyə müəllimləri Natavan Sadıqova hazırlayıb.