SUMQAYIT MƏKTƏBLƏRİNDƏ SON ZƏNG
“Təfəkkür”, Nizami Gəncəvi adına litseylərdə, habelə 1, 3, 14 nömrəli və digər məktəblərdə bu mərasim daha təntənəli keçmişdir. Sumqayıt İcra hakimiyyətinin, bələdiyyəsinin, hami sənaye müəssisələrinin rəhbərləri, habelə valideynlər məzunları təbrik etmişlər.
Şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 2003-cü ilin aprelindən bəri məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin təhsil şəraitinin yaxşılaşdırılması üçün çox işlər görülmüşüdr. Orta məktəblərin hamısı əsaslı təmir edilmişdir. 1 nömrəli orta məktəbin 3 mərtəbəli yeni korpusunun, habelə “Atlant İnşaat Ltd” SC-nin inşa etdiyi yeni məktəb binasının tikintisi də başa çatmaqdadır. Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə yeni dərs ilindən məktəblərdə müstəqil istilk sistemi quraşdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]