SUMQAYIT ƏN TƏMİZ ŞƏHƏR ADINA NAMİZƏDDİR
Nazirliyin mütəxəssisləri ekoloji tərbiyənin mahiyyətindən və rolundan, ekoloji mühitlə ətraf aləmin qarşılıqlı təsirindən danışmışlar. Qeyd edilmişdir ki, müsabiqənin daha uğurla keçməsi üçün respublikanın ərazisi bölgələrə bölünmüşdür. Şimal bölgəsinə daxil olan Sumqayıt müsabiqədə Bakı şəhəri, Abşeron, Quba, Qusar, Siyəzən, Dəvəçi, Xızı rayonları ilə birlikdə iştirak edəcəkdir.
Seminarda çıxış edənlər Sumqayıtda beş ildən çoxdur fəaliyyət göstərən və məişət, sənaye tullantılarının yığılması, şəhərdən çıxarılması və təkrar emalı ilə uğurla məşğul olan “ADES” Azərbaycan-Almaniya müəssisəsinin işini müsbət qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, hər il şəhərdə sanitariya aylığı keçirilir, şəhər rəhbərliyi məhəllələrin, mikrorayonların və ictimai yerlərin təmiz saxlanılmasına nəzarət edir.
Sumqayıtlılar müsabiqənin nəticələrinə görə, respublikamızın təmiz və gözəl şəhərləri arasında layiqli yer tutacaqlarına ümidvar olduqlarını bildirmişlər.