SUMQAYIT ÇİMƏRLİYİNDƏ ÇİMMƏK QADAĞANDIR
Mərkəzin direktoru Solmaz Hüseynova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, mərkəzin əməkdaşları hər həftə Hacı Zeynalabdin Tağıyev və Corat qəsəbələri arasındakı sahil zonasında xüsusi ayrılmış 9 məntəqədə kimyəvi və bakterioloji nümunələr götürürlər. Şəhərin sənaye müəssisələri, əslində, uzun müddətdən bəri işləmədiyi üçün kimyəvi analizlərin göstəriciləri narahatlıq doğurmur. Lakin Sumqayıtın əhalisi xeyli çoxalaraq, məcburi köçkünlərlə birlikdə 350-min nəfərə çatmışdır. Bir vaxtlar 180 min nəfərlik əhali üçün nəzərdə tutulmuş kommunikasiya sistemləri və təmizləyici qurğular isə bu yükə davam gətirmir. Təmizləyici qurğular həddən çox yükləndiyi və köhnəldiyi üçün çirkabı lazımi səviyyədə neytrallaşdıra bilmir.
Mərkəzin apardığı bioloji analizlərin nəticələrinin qənaətbəxş olmadığı nəzərə alınaraq, şəhər çimərliyində çimmək rəsmən qadağan edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]