SOYĞUNÇULAR YAXALANMIŞLAR
Bakı, 30 oktyabr (AZƏRTAC). Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində naməlum şəxs Pakistan vətəndaşı Naemə Muhammada qarşı zor tətbiq edərək pul verməsini tələb etmiş və saatını əlindən almışdır.
Hadisəni törətmiş Pirallahı qəsəbə sakini Elçin Mansumov Əzizbəyov Rayon Polis İdarəsinin 3-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, ondan 0,288 qram heroin götürülmüşdür.
Liana İsmayılovaya qarşı soyğunçuluq etmiş Masallı rayon sakini Əlisəfa Abdullayev Baş Cinayətkarlıqla Mühafizə İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktla əlaqədar cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]