Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi həqiqətlər - ŞƏRH

Siyasi həqiqətlər -  ŞƏRH

Bakı, 20 dekabr, AZƏRTAC

Ola bilsin ki, siyasi münasibətlər müstəvisində bəzi mövzuların açıq müzakirəsi müəyyən səbəblərdən doğru sayılmasın. Ancaq cəmiyyətin ictimai şüurunda yanlış stereotiplərin formalaşdırılması prosesinin, habelə müxtəlif manipulyasiyaların qarşısını almaq üçün qərəzli şərh olunan mövzulara mütləq şəkildə aydınlıq gətirilməsi zərurəti yaranır. Bəzilərinin alovlu emosiyalarının arxasında gizlənmiş məkrli niyyətlərin bu və ya digər şəkildə təzahürünə hər birimiz dəfələrlə şahidlik etmişik. Təəssüf ki, bu gün manipulyasiya siyasətbazların əsas alətinə çevrilib, onlar üçün siyasət elə manipulyasiya deməkdir. Madam ki, bu cür “bazlar” böhtan yolunu seçirlər və milli maraqlar onlar üçün heç bir dəyər təşkil etmir, o zaman əlbəttə ki, qərəzli siyasətin əsl səbəb və niyyətləri çılpaqlıqla ifşa olunmalıdır. Çünki milli maraqlara təhdid hesab ediləcək istənilən məsələ qarşısında susmaq və ya hansısa güzəşt yolverilməzdir.

Artıq heç kimə sirr deyil ki, regionumuzda öz geosiyasi maraqları olan “güclər”in əsas strateji hədəfi ölkəni təsir altına salmaqdan ibarətdir. Dünyada cərəyan edən proseslər və münaqişələrin sayının durmadan artması qeyd olunan mülahizəni təsdiqləyir. Təsadüfi deyil ki, Qafqazda həmin “güclər”in “dəbərməsi” (hərəkətə gəlməsi) təqribən eyni zamanda baş verir. Əgər illər əvvəl onlar bu hədəflərini hansısa formada kamuflyaj etməyə çalışırdılarsa, indi artıq bütün “silahlar” açıq şəkildə işə salınıb: ideoloji təbliğat, müxtəlif səpkili təxribatlar, konkret cəmiyyətdə şübhə toxumunun və “inkarçılıq” mədəniyyətinin yayılması, psevdoliberal dəyərlərin təbliği və s.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Siyasi həqiqətlər” sərlövhəli məqaləsində yer alıb.

Bildirilib ki, istənilən ölkənin yaxın tarixinə müraciət olunsa, Qərbin bütün dövlətlərdə təqribən eyni siyasi texnologiyalardan istifadə etdiyini görmək mümkündür. Bu, ona görə baş verir ki, onların hədəfləri dəyişmir və onlar son dərəcədə bəllidir: təsir altında olan ərazilərin genişləndirilməsi. Böyük geosiyasətin strateji hədəfi məhz budur. Odur ki, milli maraqlar kontekstində hansısa psevdodemokratik illüziyalara qapılmaq qətiyyən olmaz. Çünki müşahidə etdiyimiz proseslər ondan xəbər verir ki, “supergüclər”in” iştahası durmadan artır.

Sözügedən kontekstin inkişafında Prezident İlham Əliyevin növbəti sözləri mütləq olaraq yada salınmalıdır: “Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında”.

Xatırladaq ki, qeyd olunan fikirləri dövlətimizin başçısı VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib. Əslində, Qərb siyasətinin alətləri artıq çoxdan ifşa olunub, məhz elə bu səbəbdən də onlar üçün bu gün sosial şəbəkələr son ümid və əsas “təsəlli məkanıdır”. Həqiqətdə isə əsl demokratiya və siyasi peşəkarlıq ilə heç bir əlaqəsi olmayan sosial şəbəkələr, sadəcə, mükəmməl kütləvi manipulyasiya alətləridir. Burada cəmiyyətlərin siyasi-ictimai şüurunu “əyləndirilərək” zombiləşdirilməsi imkanları olduqca genişdir.

Müşahidə olunan “maraqlı” tendensiyalardan danışarkən daha bir məsələyə toxunmalıyıq. Qərbin hərəkətliliyinin artmasının hansı dövrə təsadüf etdiyinə xüsusi olaraq diqqət yetirmək lazımdır. Tarixi Qələbəmiz Qərbin regiona müdaxilə etmək imkanlarını əsaslı şəkildə məhdudlaşdırdı. Qələbədən dərhal sonra da siyasi partiyalar müstəvisində aparılan islahatlar sayəsində Qərb ölkə daxilində son dayaqlarını itirmə təhlükəsi ilə üz-üzə qaldı. Prezident İlham Əliyevin ritorikasında rastlaşdığımız “yeni siyasi konfiqurasiya” ifadəsi isə, ümumiyyətlə, onlarda “qıcıq” yaradır. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq, hər kəs birmənalı şəkildə bilməlidir ki, dövlətə qarşı aparılan siyasətdə istənilən xarici qüvvə məhz ölkənin daxilindəki satqınlardan istifadə edir. Bəli, təəssüflər olsun, ancaq bu həqiqətdir: məsələləri öz adı ilə qeyd etməliyik və burada çəkinmək olmaz.

Lüzumsuz və əsassız tənqidlərin qarşısını almaq üçün onu da xüsusi vurğulamalıyıq ki, bəziləri bu cür yanaşmanı qərəzli olaraq anti-Qərb mövqeyi kimi dəyərləndirməyə çalışırlar. Bu, əsla elə deyil. Əksinə, ölkənin siyasi ritorikasında bəzi dairələr tərəfindən “anti-Qərb” ifadəsi məqsədyönlü şəkildə tirajlanır ki, onu Qərbi Azərbaycana qarşı olan düşərgəyə çevirsinlər. Qərb üçün bu şərti obraz ona görə lazımdır ki, ölkəmizə qarşı apardıqları mübarizəni legitimləşdirsinlər.

Diqqət yetirin, Qərbin hərəkətliliyi məhz qazanılmış tarixi Qələbə nəticəsində regionda formalaşan yeni reallıq, Azərbaycanın artan beynəlxalq logistik statusu, siyasi partiyalar müstəvisində aparılan islahatlar, habelə siyasi dialoq mühitinin ölkəmizdə geniş şəkildə vüsət tapması fonunda baş verir. Bütün bunların təsadüf olmasına kimsə inana bilər? Əlbəttə ki, yox. Sualı başqa cür də qoya bilərik: bütün regionun müstəqil şəkildə inkişafını təmin edə biləcək potensiala malik Azərbaycanın qüdrətinin artması Qərbin geosiyasi maraqlarına cavab verirmi? Əlbəttə ki, yenə də yox. Elə ona görə də siyasi partiyalardan əllərini üzmüş Qərb öz manipulyasiyalarını indi də QHT və media vasitəsilə həyata keçirməyə çalışır. Sözsüz ki, radikallar hələ də siyasətdə öz mövcudluğunu “necəsə” qoruya biliblər, sadəcə, ötən illərdən fərqli olaraq onlar artıq tam ifşa olunublar.

Bu il fevral ayının 14-də keçirilən andiçmə mərasimində bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”. Əslində, budur artan məkrli hərəkətliliyin başlıca səbəbi! Bunları bilmək isə hər kəsin haqqıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Birbank”ın “Böl-ödə” krediti ilə 15 min manatadək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

CECECO Türkiyənin Külək Enerjisi Assosiasiyası ilə memorandum imzalayıb

Ayxan Abbasov: Yeni müqavilə məsələsini AFFA rəhbərliyi ilə müzakirə edəcəyik

Azərbaycan Qazaxıstanla aqrar sahədə təcrübə mübadiləsi aparıb

İlk dəfə yığmaya dəvət alan futbolçu: Kumirim Kriştianu Ronaldudur - MÜSAHİBƏ

Konqoda Ebola epidemiyası rekord sürətlə yayılır və ölüm halları artır

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir

Hacı İsmayılov: Teatr Xadimləri İttifaqının əsas məqsədi Azərbaycan teatrının inkişafına töhfə verməkdir

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB

Antalya hava limanında Azərbaycanın Türkiyəyə qardaşlıq dəstəyini əks etdirən əsər diqqət çəkir

Sankt-Peterburqda Azərbaycan dili və müasir nəsrinə dair kitablar təqdim olunub

Milli Azərbaycan Tarixi Muzeyində Nadir şah dövrünün əyanlarına məxsus çəpkən qorunur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub

Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Xəzər regionu ilə Avropa arasında yaşıl enerji körpüsünə çevrilir - AÇIQLAMA

Ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat elan olunur

CECECO və ECOSF təmiz enerji sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalayıblar

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

İqtisadiyyat nazirinin Ağcabədidə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

COP31-in rəngarəng anları FOTOLARDA

“Bursaspor”: Toral Bayramova bir neçə ölkədən təkliflər var - EKSKLÜZİV

Qədim Bərdənin zəngin tarixi və memarlıq incisi – “Allah-Allah” türbəsi

“Şuşa - İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilir

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Bakının ruhunu yaşadan memarlıq inciləri - FOTOREPORTAJ

İordaniyada helikopter qəzasında beş zabit xəsarət alıb

İnformasiya Texnologiyaları İnstitutunda şagirdin süni intellekt və IoT əsaslı layihəsi təqdim olunub

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

“AzerGold”un bölgələrdə formalaşdırdığı qabaqcıl KSM təcrübəsi Balakəndə də tətbiq ediləcək

Əyyub Quliyev: Beynəlxalq musiqi platformasında Azərbaycanı təmsil etmək qürurverici idi

AVRO-2028: Azərbaycan millisinin rəqibləri ilə bağlı səfər məhdudiyyətləri müəyyənləşib

Professor İsmayıl Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir

Peşə Təhsili Forumu: Əmək bazarının yeni tələbləri və insan kapitalı

Botanika İnstitutu: Xarıbülbülün təbii mühitindən çıxarılması onun məhvinə səbəb ola bilər

Fransada etirazlar başlayandan 7184 nəfər polis nəzarətinə götürülüb, 466 etirazçı həbs olunub

BDU-nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub

Azərbaycan idmançıları muaytay üzrə dünya çempionatında üç medal qazanıblar

Bakının Sabunçu rayonunda evlərdən oğurluq edənlər saxlanılıblar

Sumqayıt Sənaye Parkında karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq

“Aston Villa” Amadu Onana ilə yeni müqavilə imzalayıb

Hesablama Palatasının növbəti il büdcəsinə dair məlumat ölkədə ilk dəfə nəticəəsaslı büdcə prinsipləri əsasında təqdim olunub

Zərərli qidalar uşaqların zehni sağlamlığına və idrak qabiliyyətinə mənfi təsir göstərir

Ekspert: COP31-in iqlim maliyyələşdirilməsi gündəliyi tamamilə bloklanıb

Azərbaycan Avropa ilə regional və regionlararası əməkdaşlığın mühüm tərəfdaşıdır - ŞƏRH

Mərkəzi Bank “ROX Capital Group” ilə gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıb

Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdə mövqeyini möhkəmləndirir

NASA-nın “Voyager-1” zondu kosmosda 49 il ərzində 26 milyard kilometr məsafə qət edib

Hava limanında itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

Hava limanında itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

Böyük Britaniyada onlarla xərçəng xəstəsinə illərlə normadan artıq kimyaterapiya tətbiq edilib

“Real Madrid” Arda Güler ilə müqavilənin müddətini uzadıb

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib

Süni intellekt dövrünün yeni bölgüsü: texnoloji elita formalaşır, işsizlik riski artır VİDEO

Süni intellekt dövrünün yeni bölgüsü: texnoloji elita formalaşır, işsizlik riski artır VİDEO

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

® “PlayStation 5” udmaq istəyirdi, “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı

Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər

“Globe Soccer Awards” 2026-cı il üzrə ən yaxşı futbolçu mükafatına namizədləri açıqlayıb

DİM aqrar sığorta fəaliyyəti üzrə ekspert imtahanı keçirib: 9 nəfər uğur qazanıb

Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir

Ekspert: Nəqliyyat vasitələrinin texniki vəziyyəti daim diqqətdə saxlanılmalıdır

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan postmüharibə dövrünü yeni intibah mərhələsinə çevirib – ŞƏRH

Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb

bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb

Qazaxıstan “Aral-Xəzər” nəqliyyat dəhlizi layihəsini təqdim edib

Britaniyada enerji xərclərinin illik 443 funt sterlinq artacağı proqnozlaşdırılır

Lüks brendlər “Bond 007” haqqında yeni filmdə yer almaq uğrunda mübarizəyə girişib

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə

Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə

Bu gün Ümumdünya Coğrafi İnformasiya Sistemləri Günüdür

® “Birbank Private” “PWM” və “The Banker” tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Şahin Babayev: Yaxın gələcəkdə İT və kibertəhlükəsizlik mütəxəssislərinə tələbat artacaq

Emin Əmrullayev: İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır

Süni intellekt peşə təhsilinə hələ ciddi təsir göstərmir – Anar Əliyev

Nazir: 2030-cu ilədək peşə hazırlığına cəlb olunanların sayı 25 minə çatdırılacaq

Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq VİDEO

Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq VİDEO

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda da maaş artımına təkan verir

Türkiyənin COP31-də qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

Böyük Qayıdış Azərbaycanın postmüharibə strategiyasının əsas istiqamətlərindən biridir – ŞƏRH

Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur - BİRGƏ MƏLUMAT

“Gəncə” amerikalı basketbolçunu transfer edib

Nazir: Sertifikasiyada işdən azad edilən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləri olub

AzTU dünyanın dayanıqlı universitetləri siyahısında: “Təhsilin təsiri” üzrə ölkə birincisidir

ABŞ Prezidentinin Çinə səfəri başlayıb VİDEO

ABŞ Prezidentinin Çinə səfəri başlayıb VİDEO

Özbəkistan Aral dənizi quruduğuna görə ekoloji fəlakətlə üzləşən bölgəyə 5 milyard dollar investisiya ayırır

Emin Əmrullayev: Baza bilikləri sonrakı təhsil pillələrinin keyfiyyətinə birbaşa təsir göstərir

Vladimir Putin ABŞ Prezidenti ilə danışıqlar ərəfəsində Çində bir sıra görüşlər keçirir

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ VİDEO

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ VİDEO

SABAH.city elmi tədqiqatların kommersiyalaşdırılması məqsədilə “Venture Scientist” proqramına start verib

Yol şəraitinə məhəl qoymayan sürücü və sərnişin faciə qurbanı oldular VİDEO

Yol şəraitinə məhəl qoymayan sürücü və sərnişin faciə qurbanı oldular VİDEO

Hektardan 40 sentner məhsul, böyüyən təsərrüfatlar - Sədərəkdən reportaj VİDEO

Hektardan 40 sentner məhsul, böyüyən təsərrüfatlar - Sədərəkdən reportaj VİDEO

Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkar ediblər

Nazir: Almaniyalı həmkarımla regional təhlükəsizlik məsələlərini müzakirə etdik VİDEO

Nazir: Almaniyalı həmkarımla regional təhlükəsizlik məsələlərini müzakirə etdik VİDEO

Ramin Məmmədov: Hər bir xalq üçün başlıca vəzifə tarixi köklərinə bağlılığını qorumaqla inkişaf yolunu müəyyənləşdirməkdir

Rəsmi Tehran İranın kimyəvi silahlardan istifadə edəcəyi barədə CNN-in xəbərini təkzib edib

Birləşmiş Ştatların kommersiya neft ehtiyatları 5,3 milyon barel artıb