Şirvanda bıçaqlanma hadisəsi baş verib
Şirvan, 25 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İyulun 25-də saat 1:50-də Şirvan şəhər sakini R.Bağırovun bədənin çoxsaylı bıçaq yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Bəxtiyar Alışov qısa zamanda saxlanılaraq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı R.Bağırova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarətlər yetirdiyini bildirib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [11:13]
“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 18.11.2026 [10:51]
Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 40 lisenziya verilib
- 18.11.2026 [10:35]
Füzuli rayonunda salınan yeni badam bağları FOTOLAR
- 18.11.2026 [03:19]
Lənkəranda bıçaqla ehtiyatsız davranan yeniyetmə xəsarət alıb
- 17.11.2026 [23:06]
Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO
- 17.11.2026 [20:47]
Qazaxda V İdman Festivalına start verilib
- 17.11.2026 [20:32]
Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib
Qazaxda V İdman Festivalına start verilib
- 17.11.2026 [20:47]
Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib
- 17.11.2026 [20:32]
Ankara Dövlət Konservatoriyasında “Nizami” simfoniyası təqdim ediləcək
- 17.11.2026 [19:25]
Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib
- 17.11.2026 [19:09]