SİLAH-SURSAT TAPILMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Y.Səfərov küçəsində nömrəsi silinmiş 1 ədəd “Naqan” tipli tapança, lüləsi və qundağı kəsilmiş 1 ədəd “TOZ-12” markalı tüfəng, 1 ədəd qumbara və 2160 ədəd avtomat patronu tapılmışdır.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində isə Qax rayon sakini, əvvəllər məhkum olunmuş Mərdan Mustafayevdən 1 ədəd əldəqayırma “Revolver” tipli tapança götürülmüşdür.
Faktla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]