SƏRHƏDÇİLƏRİMİZ SAYIQDIRLAR
Cari ilin noyabr ayı ərzində də dövlət sərhədinin pozulması, qeyri-leqal miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər bu kimi təhlükələrə qarşı mübarizə sahəsində yaxşı nəticələr əldə edilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Şərur rayonundakı Kərimbəyli sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçməyə cəhd edən naməlum şəxslərin qarşısı alınarkən sərhəd pozucuları silahlı müqavimət göstərmiş və sərhədçilərin cavab atəşindən sonra geri qaçmışlar. Hadisə yerində onlara məxsus 1 ədəd “AKM” markalı avtomat silah və 30 ədəd patron aşkar edilərək götürülmüş, sərhəd pozucularından biri tutulmuşdur.
Noyabrın 27-də Astara rayonunda - Alaşa sərhəd zastavasının xidməti sahəsində qaçaqmalı İran ərazisinə keçirməyə cəhd göstərən 3 nəfərdən biri, Astara rayon sakini, 1978-ci il təvəllüdlü Muradov Elnur Məzahir oğlu tutulmuş, digər 2 nəfər isə 4 bağlamadakı geyim əşyalarını hadisə yerində ataraq avtomaşınla qaçmışdılar. Görülmüş tədbirlər nəticəsində hadisə yerindən qaçmış həmin şəxslərin - Astara rayon sakinləri Hüseynov Dilavər İsgəndər oğlu, Ağayev Ruslan Mütəllim oğlu olması müəyyən edilmişdir. İlkin araşdırma zamanı daha 3 nəfər Astara rayon sakininin hadisədə iştirakı müəyyən olunmuş və onlar saxlanılmışlar. Faktla bağlı araşdırma aparılır.
Şərur rayon polis şöbəsinin əməkdaşları ilə birgə Təzəkənd kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 390 kiloqram olan 1321 ədəd çətənə kolları aşkar edilib yandırılmışdır.
Noyabr ayı ərzində Azərbaycandan Gürcüstana 2306 litr dizel yanacağının, Gürcüstandan Azərbaycana mal-qaranın, müxtəlif məişət mallarının və ərzaq məhsullarının, Azərbaycandan İrana 34 baş mal-qaranın və müxtəlif çeşidli məişət mallarının qanunsuz keçirilməsinə yol verilməmişdir.
Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupunun həyata keçirdiyi axtarış tədbirləri nəticəsində Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən, uzun müddət qeyri-qanuni fəaliyyətlə məşğul olan turizm firmasından Azərbaycan Respublikası DİN orqanları tərəfindən xarici vətəndaşlara verilən qeydiyyat vərəqələri, İran və İraqın Azərbaycandakı səfirlikləri tərəfindən verilmiş subaylıq haqqında arayışlar, İranın Qızıl Aypara Cəmiyyətinin Bakı şəhərində yerləşən klinikası tərəfindən verilən sağlamlıq haqqında arayış və saxtalaşdırılması şübhə doğuran digər sənədlər, eləcə də bu sənədlərin hazırlanmasında istifadə edilən avadanlıq və istintaq üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar olunaraq götürülmüşdür.
İstintaq zamanı müəyyən edilmişdir ki, Ə.Qasemi qeyri-rəsmi rəhbərlik etdiyi turizm firmasında ölkəmizdən İrana getmək istəyən Azərbaycan vətəndaşlarına və əcnəbilərə vizalar almaqda kömək göstərməklə məşğul olmuş və bu məqsədlə Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarından alınmalı olan və müəyyən hüquqlar verən sənədləri saxtalaşdıraraq satmışdır. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat şöbəsi tərəfindən istintaq aparılır.
Noyabr ayında dövlət sərhəd buraxılış məntəqələrində sərhəd nəzarəti zamanı axtarışda olan 32 nəfər şəxs müəyyənləşdirilərək yaxalanmış, 3 nəfər Gürcüstan, 2 nəfər Azərbaycan və 1 nəfər İran vətəndaşı saxta sənədlərlə, 3 nəfər Azərbaycan vətəndaşı başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd edərkən və müxtəlif ölkələrin 102 nəfər vətəndaşı müvafiq sənədləri olmadığına görə saxlanılmışlar. Bundan əlavə, 4 nəfər Banqladeş, 1 nəfər Estoniya və 1 nəfər Şri-Lanka vətəndaşı vizalarının olmaması, 2 nəfər Azərbaycan və 2 nəfər Rusiya vətəndaşı şübhəli şəxs qismində saxlanılmış, onların barəsində müvafiq tədbirlər görülmüşdür.
22 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə 17 nəfər Azərbaycan, 5 nəfər Gürcüstan, 2 nəfər İran, 1 nəfər Rusiya və 1 nəfər Türkiyə vətəndaşı sərhəd pozucusu qismində tutulmuş, sərhəd rejimi qaydalarını pozduqlarına görə 4 nəfər Azərbaycan və 3 nəfər Gürcüstan vətəndaşı sərhədçilər tərəfindən saxlanılmışdır.
Sərhəd sularında rejim qaydalarının pozulmasına, dənizdə qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində Xəzər dənizində görülmüş tədbirlər nəticəsində rejim qaydalarını pozduqlarına, o cümlədən icazəsiz, qanunvericiliklə müəyyən edilmiş sənədlər olmadan dənizə çıxdıqlarına və qanunsuz balıq ovu ilə məşğul olduqlarına görə 10 gəmi və 3 qayıq saxlanılmış, təqsirli şəxslər məsuliyyətə cəlb edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb
- 11.11.2026 [23:46]
ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib
- 11.11.2026 [23:29]
Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub
- 11.11.2026 [22:26]
Xudatda avtomobil yanaraq yararsız hala düşüb
- 11.11.2026 [21:22]
Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub
- 11.11.2026 [21:17]
Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər
- 11.11.2026 [20:42]
Bu saata olan əsas xəbərlər
- 11.11.2026 [20:00]
UNEC-in yeni rəsmi saytı təqdim olunub
- 11.11.2026 [19:55]
Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında
- 11.11.2026 [19:51]
GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar
- 11.11.2026 [19:35]
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
- 11.11.2026 [19:34]
Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb
- 11.11.2026 [19:33]
Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub
- 11.11.2026 [19:31]
Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib
- 11.11.2026 [19:18]
Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib
- 11.11.2026 [19:04]
Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib
- 11.11.2026 [18:45]
BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb
- 11.11.2026 [18:17]
Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb
- 11.11.2026 [18:03]
Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb
- 11.11.2026 [18:00]
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO
- 11.11.2026 [17:58]
OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib
- 11.11.2026 [17:55]
Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb
- 11.11.2026 [17:52]
Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib
- 11.11.2026 [17:30]
Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir
- 11.11.2026 [17:03]
Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?
- 11.11.2026 [17:01]
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
- 11.11.2026 [16:59]
Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 11.11.2026 [16:57]
Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır
- 11.11.2026 [16:54]
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb
- 11.11.2026 [16:42]
Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib
- 11.11.2026 [16:40]
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur
- 11.11.2026 [16:26]
AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib
- 11.11.2026 [16:24]
Neft bazarında qeyri-müəyyənlik davam edir
- 11.11.2026 [16:21]
Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb
- 11.11.2026 [16:04]
Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub
- 11.11.2026 [16:03]
Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib
- 11.11.2026 [16:03]
® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus
- 11.11.2026 [16:01]
Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq
- 11.11.2026 [15:37]
Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır
- 11.11.2026 [15:36]