Serbiyada poçt işçiləri tətil edir
Belqrad, 27 oktyabr, AZƏRTAC
Serbiyada poçt işçiləri və kuryerlər tətil edirlər.
AZƏRTAC xəbər verir ki, Novi Sad şəhərində başlayan və “Sloqa” poçt işçiləri həmkarlar ittifaqının təşəbbüsü ilə ötən gündən etibarən bütün ölkəni əhatə edən tətilə minlərlə insan qoşulub.
İşçilər əməkhaqqının ən azı 30 faiz artırılmasını, əlavə əməkdaşların işə götürülməsini və oktyabrın sonuna qədər əvvəlki ilin mənfəətindən paylarının ödənilməsini tələb edirlər.
Tətil səbəbindən şöbələrdə külli miqdarda poçt və bağlama yığılıb qalıb. İnsanlardan çoxlu sayda şikayət daxil olub və yüklərin çatdırılmasında gecikmələr baş verib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [16:20]
“Reuters”: Kennedi ABŞ-də qızılcanın nəzarətsiz yayılmasına yol verib
- 17.11.2026 [16:00]
Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər
- 17.11.2026 [15:56]
Efiopiya və Sudan arasında qarşılıqlı ittihamlar gərginliyi artırır
- 17.11.2026 [15:31]
Sergey Lavrov: Rusiya-ABŞ-Çin sammitinin gündəliyi formalaşdırılıb
- 17.11.2026 [14:58]