Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sənin baban haralıdır, Sarkisyan?

Bakı, 27 fevral (AZƏRTAC). 2012-ci il fevralın 26-da bütün dünya Xocalı faciəsinin - Azərbaycan tarixinin qanlı səhifəsinin 20-ci ildönümünü qeyd etdi. Bu faciə haqqında çox kitablar, məqalələr, oçerklər yazılmışdır. Kor-koranə nifrətin təsirindən qadınlara, uşaqlara, qocalara belə rəhm etməmiş ermənilərin vəhşiliklərinə dəlalət edən bu yazılardan, habelə Xocalının işğal edilməsi haqqında iş üzrə istintaq materiallarından aşkar görünür ki, şəhərə hücumda erməni silahlı dəstələri və bandit qrupları ilə yanaşı, keçmiş sovet ordusunun bədnam 366-cı alayının mayor Seyran Ohanyanın komandir olduğu ikinci batalyonu, Yevgeni Nabokixinin komandanlığı ilə üçüncü batalyon, birinci batalyonun qərargah rəisi Valeri Çitçyan və alayın 50-dən artıq erməni zabit və giziri iştirak etmişdir.

Həmin materiallardan bu da məlumdur ki, Xocalıya hücum zamanı istifadəsi qadağan olmuş 5,45 mm çaplı güllələrdən və kimyəvi silahdan istifadə edilmişdir. Salamat qalmış insanlara xüsusi qəddarlıqla işgəncə verilirdi: onların başlarının dərsini soyur, başlarını, digər əzalarını kəsir, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarınlarını yarır, adamların üstünə benzin tökərək diri-diri yandırırdılar. Cenevrə Konvensiyasına əlavə protokolların müddəalarının Ermənistan tərəfindən həyasızcasına pozulmasına dəlalət edən bu faktlar dinc əhaliyə qarşı soyqırımının şəksiz sübutudur.

Jurnalistlər, habelə “Human Rights Watch”, “Memorial” və digər hüquq-müdafiə təşkilatları hadisənin təfərrüatını isti izlərlə sənədləşdirmişdilər. 2000-ci il dekabrın 15-də isə o vaxt Ermənistanın müdafiə naziri olmuş, indiki prezident Serj Sarkisyan məşhur jurnalist Tomas de Vaala müsahibə vermişdir. Erməni tərəfi müəyyən səbəblər üzündən hələ də ona xas olan həyasızlıqla bu müsahibədə deyilənlərdən imtina edir, vaxtaşırı müəllifə hücumlardan da çəkinmir.

Tomas de Vaal bu müsahibə ilə əlaqədar mübahisəli məqamlara son qoymaq üçün bu il fevralın 24-də həmin müsahibəni Beynəlxalq Sülh uğrunda Karnegi Fondunun Moskva Karnegi Mərkəzinin saytında yerləşdirmiş və müsahibənin həqiqiliyinə heç kəsin şübhə etməməsi üçün ona “Prezident, müsahibə və faciəli ildönümü” sərlövhəli internet-şərh əlavə etmişdir.

Tomas de Vaal həmin şərhdə yazır: “Mən özüm dolayısı ilə Xocalı faciəsi ilə bağlı olmuşam. 2000-ci ilin dekabr ayında mən Qarabağ münaqişəsi haqqında kitabım (sonradan mən həmin kitabı “Qara bağ” adlandırdım) üçün material toplayarkən Ermənistanın indiki prezidenti, o vaxt müdafiə naziri vəzifəsini tutan Serj Sarkisyandan müsahibə aldım. Mən ondan Xocalı hadisələri barədə soruşanda cavabı belə oldu ki, burada “çox şey şişirdilmişdir”, lakin dinc azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi faktını inkar etmədi. O dedi: “Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşdirdilər ki, onlar bizimlə sadəcə zarafat edirlər. Azərbaycanlılar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Bütün bunlara son qoymaq lazım idi. Xocalı hadisələri barədə müsahibə verməyi məndən hər il xahiş edirlər, lakin mən imtina edirəm. Mənə belə gəlir ki, qırğını “təhlil etmək” düzgün deyil və mən konteksti açıqlamayan, münaqişənin bu və ya digər tərəfinin təbliğat məqsədilə istifadə edə biləcəyi qısa cavablar vermək istəmirəm”.

Buna görə də biz Sarkisyan ilə müsahibəni dərc edirik (o, müsahibəni rus dilində vermişdir). Bu material mənim sitat gətirdiyim frazanı o vaxtkı müdafiə nazirinin həqiqətən demiş olmasını təsdiq edəcək və eyni zamanda, Qarabağ məsələsinə onun ümumi münasibətini göstərəcəkdir.

Tanınmış jurnalist belə yazır.

Serj Sarkisyan həmin müsahibədə deyir: “Qarabağda Azərbaycan yaşayış məntəqələri lap çox idi. Həm bu tərəfdən, həm də digər tərəfdən adamları nə yollasa saxlamaq lazım idi. Xəritəyə baxsaq, biz prinsip etibarilə Ermənistandan tamamilə təcrid olunmuşduq, yəni dairəvi müdafiə mövqeyi tutmağa məcbur idik. Qarabağda azərbaycanlıların artilleriyasının vura bilməyəcəyi bircə nöqtə də yox idi. Onda biz bir-birinin ardınca Xocalı, Malıbəyli, Şuşa, daha sonra Ağdam əməliyyatlarını və bütün sonrakı əməliyyatları apardıq”.

Bu müsahibəni oxuyanda mat qalırsan, əlləri dirsəyə qədər qana bulaşmış bu adam əslində zərrə qədər təsəvvürü olmadığı məsələlər barəsində necə də rabitəsiz və belə hallarda zəruri olan dəlillərə istinad etmədən yekə-yekə danışır. Bəli, Qarabağda Azərbaycan yaşayış məntəqələri həqiqətən çox idi, başqa cür ola da bilməzdi - axı bura əzəli Azərbaycan torpağıdır və müdafiə olunmağa məcbur olan ermənilər yox, bu torpağın əsl sahibləri - titul millətin nümayəndələri idi. S.Sarkisyanın sözləri ilə desək, bu millətə qarşı “cəbhə xəttini azaltmaq üçün əməliyyat aparılmışdı”. O, müsahibədə özünə haqq qazandırmağa çalışaraq deyir: “Bizim başqa çıxış yolumuz yox idi, biz balaca Qarabağın gücünə Azərbaycana qarşı bu cür əməliyyatlar apara bilməzdik”. Görünür, o, yadından çıxarıb ki, Azərbaycana qarşı təkcə “balaca Qarabağ” deyil, həm də Ermənistanın, habelə sovet ordusunun nizami hissələri vuruşurdu. Çox güman ki, Sarkisyan riyakarlıq edir, çünki elə həmin müsahibədə o, SSRİ-nin o vaxtkı müdafiə naziri P.Qraçovla şəxsən dost olması ilə qürrələnir və ondan kömək aldığını gizlətmir.

Sarkisyan ermənilər tərəfindən Xocalının dinc sakinlərinə qarşı törədilmiş qırğında keçmiş sovet ordusunun 366-cı alayının iştirakı faktını inkar edərkən “yaddan çıxarır” ki, bu faktı təsdiqləyən çoxlu sübutlar, təkzibedilməz dəlillər var, o, həmin faktları təkzib edə bilməz.

Bu amansız qırğın qərəzli vahimələndirmə aktı kimi planlaşdırılmışdı. Lakin onlar öz məqsədlərinə çata bilmədilər və heç vaxt çata bilməyəcəklər.

Kütləvi qırğın yerlərində olmuş rusiyalı jurnalist Y.Romanov Qarabağ haqqında yazdığı “Mən müharibəni çəkirəm...” adlı kitabını bu sözlərlə başlayır: “İlahi, bu necə “milli azadlıq mübarizəsidir?”. Bu kitabda o, erməni cəza dəstələrinin və onların havadarlarının Azərbaycan əhalisinə qarşı qanlı cinayətlərinə dəlalət edən çoxlu faktlar göstərir. Serj Sarkisyan bu kitabla, eləcə də müstəqil mənbələrin digər materialları ilə, məsələn “Memorial”ın hesabatı ilə tanış olsaydı, pis olmazdı. Bəlkə bundan sonra onun qızışmış başı və lovğa danışıq tərzi bir qədər səngiyərdi.

Jurnalist dinc sakinlərin hansı səbəbdən öldürülməsini soruşanda S.Sarkisyan belə cavab verir: “Bilirsinizmi, belə şeylər haqqında bərkdən danışmazlar. Nə mümkündürsə, onu deyərlər. Mən də belə edəcəyəm...

Hər halda, Xocalı bir vaxt bütün Qarabağı təngə gətirmişdi, çünki orada aeroport vardı, çünki Ermənistanla bizim yeganə əlaqəmiz hava nəqliyyatı idi, çünki orada OMON vardı, çünki orada hər yeri ələk-vələk edir, adamların çoxunu həbs edirdilər. Bundan əlavə, onlar Stepanakertin lap yaxınlığında olduğundan, onu atəşə tutmağı özlərinə rəva görürdülər”...

Əslində isə əsas məqsəd azərbaycanlılara sübut etmək idi ki, ermənilər dinc əhaliyə asanlıqla divan tuta bilərlər.

Tomas de Vaal etiraz edərək bildirir ki, Dağlıq Qarabağ həm də azərbaycanlıların Vətənidir. Sarkisyan bu etirazlara cavab olaraq ermənilərə xas olan həyasızlıqla deyir: “Bilirsinizmi, bu, nisbi vətəndir. Məsələn, Zahid deyir ki, bura onun vətənidir. Onda Zahiddən soruşmaq lazım idi: “Zahid, sənin atan, yaxud baban harada doğulmuşdur? Əgər onun babası orada, Şuşada doğulmuş olsaydı, mən deyərdim ki, Zahid şuşalıdır, onun vətəni oradır. Lakin mən konkret olaraq Zahidi nəzərdə tutmuram. Zahidin babası bəlkə də Şuşada doğulmuşdur. Amma Zahidlə yanaşı işləyənlərin çoxunun ataları - babaları yox, ataları - Ağdamda, Kürdəmirdə, başqa yerlərdə doğulmuşlar. Deyin, nə üçün onlar Kürdəmirdə yox, Stepanakertdə işləməli idilər?”

Sarkisyanın danışıq tərzini bir kənara qoyaq. Burada tamamilə qanuni olaraq bir sual qarşıya çıxır: Serj Sarkisyan, bəs sənin baban, ulu baban, eləcə də sənin həmtayfalarının babaları, ulu babaları harada doğulmuşlar? Bəlkə Dağlıq Qarabağda? Şübhə edirik! Bəlkə Türkiyədə və ya İranda? Axı sizi o torpaqlardan Azərbaycana Türkmənçay müqaviləsi bağlanandan sonra, bizim başımıza bəla kimi köçürmüşdülər...

Jurnalist soruşur ki, Serj Sarkisyan sovet dövründə azərbaycanlılarla dost olduğu halda onlara qarşı necə vuruşa bilmişdir və buna görə təəssüflənirmi? Serj Sarkisyan bu sualın cavabında deyir: “Xeyr, təəssüflənmirəm. Ona görə ki, bu cür sarsıntılar, hətta minlərlə adam qırılsa belə, zəruridir”.

Məgər bu, əsl faşizm deyilmi?!

Dünya Xocalı haqqında həqiqəti bilməli və yadda saxlamalıdır. Cəzasız cinayət yoxdur və ola da bilməz. Bu dəhşətli cinayətdə bu və ya digər şəkildə əli olanlar hələlik yalnız öz vicdanları qarşısında cavabdehdirlər. Lakin gün gələcək, onlar öz mənfur əməllərinə görə tarixin məhkəməsi qarşısında, bəşəriyyət qarşısında cavab verəcəklər. O gün hökmən gələcək, biz buna inanırıq.

Tamilla Nuriyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi” qitə ölkələri arasında mühüm fikir mübadiləsi platformasıdır

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: “Sükut içində addımlar” filmi Qarabağın minalardan təmizlənməsində iştirak edən qadınların gündəlik həyatını əks etdirir

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb

Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın üzərinə mühüm vəzifələr düşür

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Səmyar Abdullayev: 100-dən çox gözdən əlilliyi olan şəxs mədəniyyət sahəsində çalışır

Deputat: Azərbaycançılıq ideologiyasının formalaşmasında ziyalılarımız mühüm rol oynayıblar

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Dram Teatrında “İki aktrisa üçün baş rol” tamaşasının məşqlərinə başlanılıb

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

“Bərabər İmkanlar” layihəsi çərçivəsində inklüziv cəmiyyətin inkişafına həsr olunmuş görüş təşkil edilib

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib