ŞƏMKİRDƏ BALIQ SƏNAYESİ İNKİŞAF ETDİRİLİR
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında Şəmkirdə balıq sənayesinin inkişaf etdirilməsi də nəzərdə tutulmuşdur. Qarşıya qoyulmuş bu mühüm vəzifənin yerinə yetirilməsi üçün rayonun Kür qəsəbəsində fəaliyyət göstərən “Saf” balıqçılıq firmasında yenidənqurma işlərinə başlanmışdır.
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə demişlər ki, son bir neçə ayda firmaya məxsus göllərdə xeyli genişləndirmə işləri aparılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində müəssisədə 50-dən artıq yeni iş yeri açılmışdır. Hazırda firmada istehsal sahələrinin genişləndirilməsi prosesi uğurla davam etdirilir.