Şəmkir sakinində narkotik aşkarlanıb
Şəmkir, 6 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Mübariz İbrahimov Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş şübhəli şəxsin polis bölməsində üzərinə baxış keçirilən zaman 1 ədəd kibrit qutusunda və qara sellofan torbada 2 kq çəkidə narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.